Yuxarı

MN bunun cavabını verməlidir – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilməsi, həmçinin dünən XİN rəhbərlərinin görüşü ərəfəsində daha bir təxribat törədilməsi bir daha sübut edir ki, Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışıqlarının konstruktiv məcrada davam etməsini istəmir.

Bu sözləri millət vəkili Musa Quliyev Axar.az-a açıqlamasında deyib. O bildirib ki, Müdafiə Nazirliyi şəhid əsgərimizin qisasını almalıdır:

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttindəki təxribatlara hər hansı aidiyyətinin olmasını təkzib etməsi ilə Ermənistanın Müdafiə naziri David Tonoyanın açıqlamasının üst-üstə düşməməsi Nikolun öz ölkəsində nüfuzunun nə dərəcədə aşağı olduğunu göstərir. Ümumiyyətlə, düşmən tərəfi son günlər belə təxribatlar yaradaraq Azərbaycan tərəfinin səbrini sınayır. Onların bu sərsəm və işğalçı davranışlarına mütləq ağır formada cavab verilməlidir. Azərbaycan Ordusu onlara öz yerlərin qısa zamanda göstərməlidir. Azərbaycan düşmənə sübut etməlidir ki, biz əsgərimizin qanını yerdə qoymayacağıq. Bizim buna qüdrətimiz və hərbi gücümüz kifayət edər. Həmçinin hesab edirəm ki, biz onlara lazımı cavabı verməsək, belə hallar tez-tez yaşanacaq”.

Qeyd edək ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Tarix
2019.06.10 / 18:04
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla