Yuxarı

“Qərbi Ermənistan” komandası: Türkiyə niyə susur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Qərbi Ermənistan” futbol “komandası”na heç bir reaksiya verməməsi başadüşülən deyil.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Dağlıq Qarabağ ərazisində qondarma respublikaların etnik yığmalarının yer aldığı “ConIFA- 2019” adlı geydirmə futbol “turniri”ndə Van şəhərindən olan ermənilərin “Qərbi Ermənistan” komandası adı altında çıxış etməsinə münasibət bildirərəkən deyib. O, sözügedən komanda üzvlərinin İrəvandan Vana çarter reysi ilə geri aparılmasına Türkiyə hökumətinin səssiz qalmasını belə dəyərləndirib:

“Ermənilər hazırda Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları irəli sürürlər. Onlar Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməklə yanaşı, həm də ortaya soyqırım iddiaları ataraq Türkiyəni gözdən salmağa çalışırlar. Bütün bunların qarşısında Türkiyənin heç bir tədbir görməməsi təəccüb doğurur. Görünür, Türkiyədə yerli özünüidarəetmələrdəki hakim koalisiyadan kənar qüvvələr bir sıra proseslərə rəvac verməkdədir. Bu proses sərhədlərin açılması, Ermənistanla münasibətlərin bərpa olunmasına istiqamətlənib. Bunun üçün kürdlər getdikcə fəallıq göstərirlər. Ermənistanla sərhədlərin açılması kürdlər üçün bütün postsovet məkanına hərəkətin təmin olunması baxımından çox əhəmiyyətlidir”.

Politoloq ermənilərin Van şəhər meriyasından təyyarə reysinin daimi olması üçün tələb irəli sürəcəkləri ilə bağlı söylədiklərinə də münasibət bildirib:

“Əvvəla, Van şəhər meriyasının sərhəddən keçmək haqqında icazə vermək səlahiyyətləri yoxdur. Bu məsələyə bilvasitə Türkiyə dövləti, hökuməti, xüsusilə də Xarici İşlər Nazirliyi nəzarət edir. Necə olur ki, ermənilər həm Qarsa keçə bilir, həm də başqa bir təyyarə ilə Vana gedirlər? Van şəhər meriyası ermənilərin daimi olaraq ora gəlməsinə icazə vermək üçün mütləq Türkiyə hökumətinə, eləcə də prezidentinə müraciət etməlidir. Türkiyə hesab edir ki, ermənilərlə gediş-gəlişin artması turizmin inkişafına təkan verəcək. Bundan əvvəl İrəvandan Türkiyənin Qars şəhərinə mədəni nümayəndə heyəti adı altında professor və incəsənət xadimləri getmişdi. Van gölü ətrafında ermənilərin “Axtamar” deyilən böyük bir kilsəsi var. Türkiyə dövləti çox böyük vəsait qoyaraq bu kilsənin təmir etdirib və müasir görkəmə salıb. Türkiyə hesab edir ki, bu, turizmin inkişafına təkan verəcək, dünyada olan ermənilər “Axtamar” kilsəsini ziyarət etmək üçün axışıb gələcək. Ermənilər turist sifətilə getsələr də, “Qərbi Ermənistan”ı yada salan komanda qururlar, “Ararat” adlandırdıqları (Ağrıdağ) dağın zirvəsinə qalxıb od qalamaq istəyirlər, Nuhun gəmisinin qalıqlarını axtarmaq kimi müxtəlif təxribatçı hərəkətlətə yol verirlər. Bütün bunlar provokativ, meydanı həddindən artıq qızışdıran və heç bir beynəlxalq hüquq normasına sığmayan addımlardır”.

Q.Hüseynlinin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında Ermənistanla bağlı sövdələşmə var:

“Ermənistanla Türkiyə arasında hər hansı bir diplomatik, işgüzar, ticari münasibətlər qurula bilməz. Axı Dağlıq Qarabağ problemi həll olunmayıb! Buna baxmayaraq, ermənilərin bu tip provokativ addımlarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir”.

Qeyd edək ki, bir neçə gün əvvəl tarixdə ilk dəfə Ermənistanda İrəvandan Vana çarter təyyarə reysi yollanıb. Bu reysin sərnişinləri mayın 30-da Ermənistanda keçirilən “ümumerməni” oyunlarının iştirakçısı olan xarici və yerli ermənilər olub. Ermənilər Van şəhər meriyasının əsas rəhbərliyinin kürd millətindən olduğunu nəzərə alaraq, qrup halında ora gedərək bu reysin daimi olması üçün tələb irəli sürəcəklərini söyləyiblər.

Tarix
2019.06.11 / 09:12
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nə verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla