Yuxarı

AXC-Müsavat da nicatı Heydər Əliyevdə görürdü – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-nin dağılmasından sonra müstəqil olan Azərbaycan vahid bir lideri olmadığına görə ikinci dəfə əldə edilmiş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O, Heydər Əliyevin 1993-cü ilin 9 iyununda ölkənin ağır vəziyyətində xalqın təkidi ilə Bakıya qayıtdığını söyləyib:

“Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı bizim gənclik illərimizə təsadüf edir. Həmin illərdə cərəyan edən hadisələrin əyani şahidi olmuşuq. Müstəqil siyasət yürütmək iqtidarında bir lideri olmayan ölkəmizdə düşmənlərimizin planlarını həyata keçirməsi üçün rahat şərait yaranmışdı. Ölkə daxilində xaos, qarışıqlıq hökm sürürdü. Vətəndaş müharibəsi, hakimiyyət davası, şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutan şəxsiyyətlər hakimiyyətə gəlmişdi. Belə bir ağır vəziyyətdə ölkəni düşdüyü durumdan xilas edəcək bir şəxsiyyət lazım idi.

Bu şəxs təbii ki, uzun illər dövlətçilik təcrübəsi, uzaqgörən və siyasi iradəsi olan Heydər Əliyev idi. Həmin vaxtı AXC-Müsavat cütlüyü də ölkənin düşdüyü ağır günündə ölkənin taleyini Heydər Əliyevdə görürdü.

Heydər Əliyev ölkənin ağır durumunda bu yükü öz çiyninə götürdü. O, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün var gücü ilə əlindən gələni etdi. Ulu öndər ilk növbədə Azərbaycanda siyasi sabitliyi təmin elədi, vahid nizami ordu yaratdı. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdə şəxsən öz komandanlığı ilə Azərbaycanın bir neçə yaşayış məntəqəsini düşmən işğalından azad etdi. O, Ermənistanı məcbur elədi ki, atəşkəsi imzalasın. Çünki o vaxt Azərbaycan düşmənlə üz-üzə dayanması üçün nə iqtisadi, nə də hərbi gücü kifayət idi”.

Millət vəkilinin sözlərinə görə, Ümumilli liderin səyi nəticəsində qısa bir dövrdə müstəqil Azərbaycanın gələcəyi üçün güclü əsaslar yarandı:

“Bu əsasların yaranmasında təbii ki, Ulu öndərin rəhbərliyi ilə qəbul olunmuş neft strategiyası böyük rol oynadı. Azərbaycan bu gün də həmin strategiya üzərində inkişaf edir.

Düşünürəm ki, bu gün ölkəsini sevən hər bir azərbaycanlı Ulu öndərə borcludur. Çünki artıq Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib. Azərbaycan hazırda regionda həm ən güclü orduya, həm də iqtisadiyyata sahib bir ölkəyə çevrilib.

Bu gün Azərbaycan dünyaya açılan bir qapı, qitələri birləşdirən böyük layihələrin müəllifi olan dövlətdir. Biz bütün bu uğurlara görə Ulu öndərə borcluyuq”.

Tarix
2019.06.11 / 12:44
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla