Yuxarı

Qarabağda böyük müharibə başlaya bilər - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda böyük müharibə başlaya bilər - Video

09:00

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda forum zamanı cəbhə xəttində təxribatlara aidiyyətinin olmadığını bildirməsi onun baş verən hadisələrin məsuliyyətindən yayınmaq istədiyini göstərir.

Bu sözləri politoloq Arzu Nağıyev son vaxtlar Ermənistan tərəfinin cəbhədə müxtəlif təxribatlara əl atması haqda Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, Paşinyanla Qarabağ klanı ilə arasında gedən mübarizə pik nöqtəyə çatıb:

“Ona görə Paşinyan Sankt-Peterburqda keçirilən forumda cəbhə xəttindəki təxribatlara hər hansı aidiyyətinin olmadığını bildirib. Paşinyan özü də başa düşür ki, onu təxribatlara çəkərək, hakimiyyətdən devirməyə çalışırlar. Dağlıq Qarabağ klanı və separatçılar Ermənistanda elə bir vəziyyət yaradıb ki, bütün bu baş verən hadisələrdə məhz Paşinyanı günahlandırsınlar. Görünən odur ki, Ermənistan baş nazirinin siyasi təcrübəsizliyi onu bu gün çox aciz və qorxaq vəziyyətə salıb”.

Politoloq bildirib ki, Ermənistan rəhbərliyi artıq danışıqların birmənalı şəkildə həm humanitar, həm də qlobal istiqamətdə İrəvanın cavab verməli olduğu mərhələyə qədəm qoyduğunu anlayır:

“Azərbaycan tərəfi və ATƏT-in Minsk Qrupunun nümayəndələri açıq şəkildə bəyanat verməlidir ki, əgər proses bu cür davam edərsə, bu, böyük bir müharibəyə çevrilə bilər. Müharibə başlasa, artıq bunun qarşısını sülh yolu ilə almaq mümkün olmayacaq. Buna görə də Minsk Qrupu ilə bərabər, regional dövlətlər də bu proseslərdə aktiv şəkildə iştirak etməlidir. Onlar Ermənistanı kəskin şəkildə tənqid edib, danışıqlar masasına əyləşdirməklə Azərbaycanın ərazi bütövlüyü məsələsinin həllinə nail olmalıdır”.

Tarix
2019.06.12 / 14:16
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla