Yuxarı

Nazir Bilgici qəbul etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisi (TBMM) Sədrinin müavini Sürəyya Sədi Bilgicin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Elmar Məmmədyarov Sürəyya Sadi Bilgici ölkəmizdə salamlamaqdan məmnunluq hissi keçirdiyini diqqətə çatdıraraq, bu səfərin iki ölkə arasında olan qardaşlıq əlaqələrinin inkişafına öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən TBMM Sədrinin müavini Sürəyya Sədi Bilgic ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd etdi və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirib.

Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransından bəhs edərək, bu təşəbbüsün beynəlxalq parlamentlərarası əməkdaşlığın inkişafına böyük töhfə verəcəyini bildiriblər.

Nazir Elmar Məmmədyarov iki qardaş ölkə arasında əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament fəaliyyətini yüksək qiymətləndirib və parlamentarilər arasında eyni zamanda müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2019.06.12 / 23:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla