Yuxarı

BNA məyus etdi: Belə foto yaymaq olmaz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Diqlas” Ticarət Mərkəzinin qarşısında “parkinqin” fəaliyyətə başlaması ilə bağlı bir neçə gündür mətbuatda yazılar yayımlanır.

Mayın 22-dən “Diqlas”ın söküntüsünə başlanıldığı üçün ərazi hasarlanıb və bu hasar Qara Qarayev prospektinin şəhər istiqamətində olan hissəsinin bir zolağını içinə alıb. Hasarın önündə isə qanunsuz “parkinq” yaradılmışdı. Halbuki “Diqlas”la üzbəüz beşmərtəbəli, ən müasir parkinq fəaliyyət göstərir.

Nəticə etibarilə üçzolaqlı yoldan maşınların hərəkəti üçün cəmi bir zolaq qalmışdı ki, bu da tıxaclara, həmçinin maneəni görən sürücülərin təhlükəli manevrlərinə səbəb olurdu.

Nəqliyyat ekspertləri dedilər ki, bu, tikinti üçün normal haldır – söküntü zamanı daş-kəsək parçalarının yola və maşınların üzərinə düşməməsi üçün təhlükəsizlik məsafəsi hesablanır və ona görə hətta yolun müəyyən hissəsini də hasarlaya bilərlər.

Bəs, yolun ortasında dayanacağı kim yaradıb?

Əvvəlcə elə düşünmək olardı ki, sürücülər sözləşib, kütləvi qanunsuzluq edirlər – özbaşına parkinq yaradıblar. Amma görəndə ki, uniformalı (gödəkçəli, qoluqırmızılı) biri dayanacaqpulu yığır (foto təqdim edilir), problem diqqət çəkməyə bilməzdi.

Axar.az olaraq DYP-yə müraciət etdik. DYP-dən mətbuat sözçüsü Vaqif Əsədov bildirdi ki, dayanma-durmaya Bakı Nəqliyyat Agentliyi nəzarət edir, onlar səliqə-sahman yaratmalıdır və bunu da yazdıq. Az keçməmiş cənab polkovnik xahiş etdi ki, BNA onların adını çəkdiyi üçün narazılıq edir, başlığı dəyişək.

Açığı, bu hadisə bizi çox məyus etdi. Bizim – mətbuatın işi mövcud problemləri aşkar edib qurumlarımızın diqqətinə çatdırmaqdır ki, bəs, əzizlərimiz, bu problemi aradan qaldırın, sizə də yaxşı olsun, bizə də.

Bizim məqsədimiz BNA-ya öz işini görməkdə yardım etməkdir. Necə ki, bu qurumun özünə də rəsmi sorğu göndərdik, amma təəssüf ki, günlərlə cavab ala bilmədik.

Nəhayət, nəqliyyat ekspertləri açıqlama verdilər və Daxili İşlər Nazirliyinin müdaxiləsindən başqa çarə olmadığını bildirdilər.

Biz də DİN-ə, Nizami Rayon Polis İdarəsinə, DYP-yə və Nizami Rayon İcra Hakimiyyətinə sorğu verdik, eyni zamanda, nəqliyyat ekspertlərinin mövqeyini onların diqqətinə çatdırdıq.

Cəmi bircə saat keçdi – qanunsuz dayanacaq dərhal yığışdırıldı, Post Patrul Xidmətinin və DYP-nin maşınları bu dəqiqə də orda keşik çəkir, qanunsuz parklanmaya imkan vermir.

Ancaq onların səlahiyyəti yoxdur ki, qanunsuz parklanmaya görə sürücüləri cərimə etsinlər. Ona görə polis maşınları ərazidən uzaqlaşan kimi qanunsuz parklanmanın “bərpa ediləcəyi” riski də var.

DİN qısa müddətdə işi həll etdikdən sonra (hazırda da orda keşik çəkən polisdir) BNA açıqlama yayaraq, öz əməkdaşlarının “Diqlas”ın önündəki qanunsuz parklanmanı aradan qaldırdığını bildirdi. Hələ ərazinin uzaqdan fotolarını da paylaşdı, üstəlik, bir BNA avtomobilinin şəklini də yaydı.

BNA “Diqlas”ın önündən foto yaymayıb, kənardan görüntü verib, yayılan “BNA” yazılı avtomobil də fotofakt deyil, sadəcə bir şəkildir. BNA “Diqlas”ın önündən foto yaysaydı, orda DYP-nin və ÇPA-nın maşınlarının keşik çəkdiyi görünərdi.

Olmazdımı ki, məhz BNA özü bu işi icra edəydi, biz də ona təşəkkür edəydik? Və yaxud, olmazdımı ki, BNA ötən gün yaydığı və medianın da rəsmi xəbər bilib, tirajladığı məlumatda polislərimizə təşəkkür edəydi?

Axı, qanunsuz parkinqi aradan qaldıran və hazırda da istinin altında, başına gün döyə-döyə orda keşik çəkib, təhlükəsizliyi təmin edən polisdir! Polis kimdir ki – o da bizimdir, bu xalqın övladıdır. BNA-nın bir təşəkkürünə haqq etmir?

Vətəndaş üçün fərqi yoxdur orda qanunu kim bərpa edir! Problem varsa, vətəndaş üçün “günahkar” dövlətdir! Əgər bu problemi 22 gündən sonra polis aradan qaldırırsa, onu da alqışlamaq digər dövlət qurumunda çalışan və bu işi görməyə məsul olan, həm də bu ölkənin vətəndaşı sayılan şəxslərin alicənablığına yazılardı!

BNA nəqliyyat sistemində kifayət qədər uğurlu addımlar atır, alqışlayırıq. Ancaq öhdəsinə götürdüyü bir işi bacarmadığı halda yaranan ictimai narazılığı digər dövlət qurumu aradan qaldırırsa, onun əməyini mənimsəməsi insani olaraq yaxşı hal deyil.

Birləşin, vətəndaşlara xidmət edin – bir-birinizin haqqını və zəhmətini yemədən!

Bu ölkə, bu şəhər bizimdir. Əl-ələ verib buradakı nöqsanları aradan qaldırmalı, daha rahat və gözəl bir şəhərin qurulması üçün birlikdə çalışmalıyıq.

Dövlət BNA-ya hər cür şərait yaradıb. Elə təyyarə kimi rahat olan “Bakı Bus” avtobuslarına baxanda bu quruma hansı diqqətin olduğunu aydın görmək olur.

Ümid edirik ki, BNA yaxın gələcəkdə dövlətin bu dəstəyinə, diqqətinə layiq şəkildə xidmət göstərə biləcək və bir daha ötəngünkü kimi yalan məlumat yaymayacaq.

Həm də sorğuları vaxtında cavablandıracaq!

Tarix
2019.06.14 / 15:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla