Yuxarı

Bunun qarşısı alınmasa, ölkəyə yayıla bilər - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda intihar sosial baxımdan tətqiq olunmayan problemlərdən biridir və intiharların baş vermə səbəbləri demək olar ki, elmi səviyyədə araşdırılmır.

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Cavid İmamoğlu son dövrlər müxtəlif yaş qrupundan olan insanlar arasında intihar hallarının artması ilə bağlı danışarkən deyib. O, cəmiyyətdə intiharla bağlı xəbərlərin yayılmasının mövcud vəziyyətə mənfi təsir göstərən əsas faktorlardan biri olduğunu söyləyib:

“Ümumiyyətlə, intiharlarla bağlı xəbərlərin yayılması arzuolunmazdır. Çünki bu elə bir sosial epidemiyadır ki, əgər vaxtında qarşısı alınmasa, doğrudan da ölkə səviyyəsində genişlənə bilər. İntihar xəbəri digər intihar etmə ərəfəsində olan şəxslər üçün bəhanə ola bilər. İlk növbədə bunun qarşısının alınması üçün medianın intihar xəbərləri üzərindən şou yaratmasına son verilməlidir.

İntihar qarşısı alına bilən sosial problemdir. İntihar etmək istəyən şəxslərə vaxtında yardım olunarsa, psixoloji və ya maddi dəstək göstərilərsə, onları bu fikirdən daşındırmaq olar”.

Sosioloqun sözlərinə görə, məyusedici məqamlardan biri də odur ki, bu gün ölkə reallığında intihar etmək istəyən şəxslərə xidmət edə biləcək xüsusi reabilitasiya mərkəzləri və yaxud da qaynar xətlər mövcud deyil:

“Ona görə də bir çox hallarda intihar etmək ərəfəsində olan şəxslər çarəsiz qalırlar. Cəmiyyət onları başa düşmür, müxtəlif fərdlərin, eləcə də yeniyetmələrin mesajlarını görməzdən gəlirlər. Biri “həyatıma son vermək istəyirəm” deyəndə insanlar soyuqqanlı münasibət göstərir və nəticə etibarilə intihar düşüncəsi ilə alışıb-yanan şəxslər uyğun zaman gələndə intihara əl atırlar. Bütün bunların qarşısının alınması üçün ölkədə intihar mövzusunda sosial tədqiqatlar keçirilməli və bunun nəticələrinə uyğun olaraq intiharların qarşısını alacaq tədbirlər görülməlidir. Bu, istər media, istər maarifləndirmə işləri, istərsə də intihar etmək riski altında olan şəxslərə reabilitasiya yönümlü işlər olmalıdır. Yəni bu işlə məşğu ola biləcək xüsusi mərkəzlər açılmalı və mütəxəssislər formlaşdırılmalıdır”.

Sosioloq həmçinin Azərbaycanda intihar riski ilə işləyən psixoloqların hazırlanmasının vacibliyinə diqqət çəkib:

“Bu gün ölkə səviyyəsində mövcud psixoloqların intiharla işləməklə bağlı xüsusi bilikartırma təlimləri keçməsinə, xaricdə bu sahə ilə bağlı mərkəzlərdə təcrübə toplamasına böyük ehtiyac var.

Heç bir halda ölkədə baş verən intiharlara qarşı laqeyd qalmaq olmaz. Aidiyyəti qurumlar bu məsələ ilə bağlı ciddi işlər aparmalıdır. Səhiyyə Nazirliyi ölkədə insanların sağlamlığına cavabdeh qurum olduğu üçün əsas öhdəlik bu qurumun üzərinə düşür”.

Tarix
2019.06.16 / 10:12
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla