Yuxarı

Moskvada Rusiya-Azərbaycan parlamentarları görüşəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada Rusiya-Azərbaycan parlamentarları görüşəcək

Dekabrın 11-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Parlamenti sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Rövşən Rzayev, Mixail Zabelin, Rüfət Quliyev, Fəzail Ağamalı və Yevda Abramov daxildirlər.

İclasda 10-cu iclasın qərarlarının yerinə yetirilməsi barədə məlumat dinləniləcək, Azərbaycanla Rusiya arasında regional əməkdaşlığın qanunvericilik təminatı, perspektivləri və indiki vəziyyəti, parlamentlərarası komissiyanın Rusiya və Azərbaycan tərəfdən tərkiblərinə dəyişikliklər edilməsi, növbəti 12-ci iclasın mövzusunun, keçirilmə vaxtının və yerinin müəyyən olunması və digər mövzularda müzakirələr aparılacaq.

Tarix
2013.12.10 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla