Yuxarı

Azərbaycanın "Koral" gəmisi Türkiyə limanına çatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda yerləşən “SOCAR Karbamid” zavodunun ilk ixrac məhsulu ünvanına çatıb.

Axar.az xəbər verir ki, iyunun 19-da Azərbaycan karbamidini daşıyan “Koral” gəmisi Türkiyə limanına çatıb və yük boşaldılır.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və “Caspian EPC” şirkəti karbamidin logistika zənciri prosesini əvvəldən sonadək tənzimləyib və nəzarət edib. “SOCAR Karbamid”in məhsulunun ilk alıcısı “Integral Petroleum” şirkətidir. Treydinq və logistika şirkəti olan “Integral Petroleum” 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb və hazırda Qafqaz-Xəzər regionu, Mərkəzi Asiya və Mərkəzi Amerika ölkələrinin bazarlarında iş görür.

“Integral Petroleum” şirkəti öz məktubunda bütün layihə iştirakçılarına minnətdarlığını bildirib və Azərbaycan karbamidinin yüksək keyfiyyətdə olduğunu qeyd edib.

Xatırladaq ki, iyunun 6–da Hövsan limanından zavodun məhsulu – karbamid gəmilərə yüklənərək göndərilmişdi.

Qeyd edək ki, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində inşa edilən “SOCAR Karbamid” zavodu bu il yanvarın 16-da istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. “SOCAR Karbamid” hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir. Zavodun ümumi dəyəri təqribən 800 milyon avro təşkil edir.

Tarix
2019.06.20 / 00:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla