Yuxarı

İsveçrə qurumları Qarabağla bağlı məlumatlandırıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Qaçqınlar Günü ərəfəsində və İsveçrədə Milli Qaçqınlar Günü ilə əlaqədar bu ölkənin ictimaiyyətinin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımıza yönəltmək məqsədilə Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən bu ölkədəki diasporumuzla birgə silsilə tədbirlər həyata keçirilib.

Axar.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Azərbaycan qaçqınları və məcburi köçkünləri haqqında məlumatlandırma kampaniyası ilə yanaşı, səfirlik tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun İsveçrəyə səfəri təşkil edilib.

Səfər çərçivəsində F.Hüseynov Bern kantonunun İnteqrasiya İdarəsi, Bern şəhərinin İnteqrasiya Mərkəzi, Bern kantonunda Qaçqın Məsələləri üzrə Əlaqələndirmə Komitəsi və “Qaçqınlar üçün iş” layihəsi, İsveçrə Yəhudi Qaçqınlara Yardım Təşkilatları Assosiasiyasının, eləcə də “HEKS-EPER” təşkilatının prezidentləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə F.Hüseynov həmsöhbətlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlər probleminin həlli istiqamətində ölkə rəhbərinin başçılığı altında Azərbaycan hökuməti tərəfindən görülən işlər barədə məlumat verib, habelə qarşılıqlı maraq doğuran mövzular və əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Görüşlərdə iştirak edən Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova həmsöhbətləri İsveçrə-Azərbaycan əlaqələrinin hazırkı durumu barədə məlumatlandırıb, hərtərəfli inkişafı ilə fərqlənən bu əlaqələrin miqrasiya, qaçqınların inteqrasiyası və sosial müdafiəsi sahələrini əhatə etməsi üçün imkanlar mövcud olduğunu bildirib.

2017-ci ildə əsası qoyulan və qaçqınlar üçün İsveçrə əmək bazarına daxil olmağı yüngülləşdirmək məqsədi daşıyan “Qaçqınlar üçün iş” proqramının təmsilçiləri ilə görüş çərçivəsində qaçqınların qastronomiya sahəsində işləməsinə imkan yaradan “La Cultina” layihəsi ilə əyani tanışlıq təşkil edilib. Həmçinin Bern kantonunun İnteqrasiya İdarəsi və Bern şəhərinin İnteqrasiya Mərkəzinin rəhbərliyi ilə keçirilmiş görüşlərdə İsveçrə dövlətinin miqrasiya və inteqrasiya sahəsində təcrübəsi öyrənilib. F.Hüseynovun İsveçrənin ən iri qeyri-hökumət təşkilatlarından biri olan “HEKS-EPER”in prezidenti Peter Merz ilə görüşündə isə adıçəkilən təşkilatın Azərbaycanda vaxtilə həyata keçirdiyi layihələr və mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2019.06.21 / 00:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla