Yuxarı

Gürcüstanda qanlı günlər: nələr ola bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 iyun Gürcüstan tarixində qanlı gün kimi yadda qalacaq və bunun da əsas səbəbkarı Bidzina İvanişvilidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Gürcüstanda baş verən aksiyalar haqqında danışarkən deyib. O bildirib ki, Rusiyanın verdiyi son bəyanatlar gürcüləri daha da qızışdırır:

“Bildiyimiz kimi, iyunun 20-də Tiflisdə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı keçirilib. Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi etiraz aksiyasının əsas səbəbidir. Bu hadisə gürcülərin səbrini daşıran son damla oldu. Onlar və xüsusi ilə Mixail Saakaşvili tərəfdarları bu hadisəyə sərt reaksiya verib xalqı küçələrə çağırdı. Bundan sonra gürcü xalqı küçələrə çıxıb aksiyalara başladı. Aksiyada polislə yaranmış qarşıdurmada yüzlərlə insan xəsarət aldı və hətta bəzi məlumatlara görə aksiyada həyatını itirənlər də oldu. Bütün bunlar onu göstərir ki, polislərə "vur" əmri verən şəxsən Bidzina İvanişvili olub. O öz bəyanatında bunu inkar etməyə çalışır, amma xalq onun sözlərinə təbii ki, inanmır".

Politoloq bildirib ki, proseslərin nəticəsi olaraq ölkədə antirus mövqe güclənib və Rusiya əleyhdarları bu məsələdə güzəştə getmək niyyətində deyil:

"Üstəlik, Rusiyanın verdiyi son bəyanatlar gürcüləri daha da qızışdırır. Hətta Tiflisdə belə bir fikir formalaşıb ki, Rusiya Gürcüstanı iki yerə ayırıb, dövlət müstəqilliyə son qoymaq istəyir”.

Politoloq Gürcüstanda vəziyyətin daha da ağırlaşacağını və növbədənkənar seçkilərin keçirilə biləcəyini bildirib:

“Bir sözlə, Gürcüstanda vəziyyət getdikcə ağırlaşır. Xalq daxili işlər nazirinin istefasını tələb etsə də, bu istefa qəbul edilmir. Çünki Bidzina İvanişvili bilir ki, Daxili İşlər naziri Georgi Qaxariya istefaya getsə, ölkədə hər şey dəyişəcək. Bu səbəbdən onu istefaya göndərmir. Ümumiyyətlə, Gürcü Arzusu partiyasının fəaliyyəti ilə bağlı ölkədə çox ciddi narazılıqlar var. Üstəlik Gürcüstan Prezidenti Salome Zurabişvilinin aksiyaçıları Rusiyanın maraqlarına xidmət etməkdə ittiham etməsi etirazçıları daha da qızışdırdı. Hesab edirəm DİN rəhbərindən sonra xalq prezidentin də istefasını tələb edəcək. Bu da qonşu ölkədə növbədənkənar prezident seçkisinə səbəb olacaq”.

Tarix
2019.06.22 / 14:14
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla