Yuxarı

AŞPA-da təxribat: Munyama erməniləri belə susdurdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA-da təxribat: Munyama erməniləri belə susdurdu

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər Komitəsinin iclası zamanı erməni deputatların təxribatının qarşısı alınıb.

Report xəbəb verir ki, Ermənistandan olan deputat Naira Zöhrabyan qurumun yay sessiyası çərçivəsində Azərbaycan tərəfini səhv rəqəmlər təqdim etməkdə günahlandırmağa səy göstərib.

Ancaq toplantının sədri ermənistanlı deputatı qəzəblənməməyə, təmkinini qorumağa çağırıb. O həmçinin N.Zohrabyanı sual-cavab formatına riaət etməyə dəvət edib.

Avropada öz ölkələrindən məcburi köçkün düşmüş insanların ehtiyacları və humanitar hüquqlarına dair hesabatın müəllifi Killion Munyama isə erməni deputata cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun iclasda azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təqdim etdiyi rəqəmləri təsdiqləyib.

O, Dağlıq Qarabağ və ona bitişik 7 rayondandan məcburi köçkün düşmüş insanların sayının 600 min olduğunu bildirib. K.Munyama Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun tamamilə azərbaycanlıların yaşadığı şəhərlər olduğunu xüsusi vurğulayıb.

Hesabat müəllifi ermənistanlı deputat T.Hayrapetyanın Dağlıq Qarabağda yaşayan ermənilərin fikrinin öyrənilmədiyi, sənədin hazırlanmasında onların iştirak etmədiyi ittihamını da əsassız adlandırıb. O, hesabatın 4 ölkənin məcburi köçkünlərinə, habelə azərbaycanlı məcburi köçkünlərə həsr edildilyini, Dağlıq Qarabağda yaşayan ermənilərin bura heç bir aidiyyəti olmadığını bildirib.

Tarix
2019.06.24 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla