Yuxarı

Fövqəladə hallar nazirinin müavini Türkiyədə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada səfərdə olub.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildiriblər ki, səfər tikintidə smeta sənədlərinin tərtibində qiymətqoymanın resurs metodunun tətbiqi ilə bağlı qardaş ölkənin təcrübəsini öyrənmək məqsədilə təşkil edilib.

Səfər zamanı Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, nazirliyin nəzdindəki Ali Elm Şurasının, yerli bələdiyyələrin sosial və infrastruktur layihələrinin hazırlanması, maliyyələşdirilməsi və tikinti sahəsində fəaliyyət göstərən İller Bankası Anonim Şirkətinin rəhbərliyi ilə görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb.

Ali Elm Şurasının iş təcrübəsi ilə tanışlıq zamanı tikinti resurslarının cari qiymətlərinin monitorinqinin aparılması, tikintinin ehtimal olunan dəyərinin təyin edilməsi üçün tətbiq olunan resursların sərfiyyat normaları və digər normativlər, tikinti resurslarının kodlaşdırılması, kompüter proqramlarından istifadə etməklə smeta hesablamalarının avtomatlaşdırılması və digər müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Respublikasının yeni smeta-normativ və qiymətqoyma sisteminin gələcəkdə daha da təkmilləşdirilməsi işində qardaş ölkənin müvafiq təcrübəsindən istifadə üzrə əməkdaşlığın davam etdirilməsi və bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab olunub.

Tarix
2019.06.24 / 22:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla