Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2019


Sensasiya: Qərb İmamoğlunu qalib etdi ki... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Çox təəssüf ki, bəziləri PKK-nın dəstək verdiyi və FETÖ-PKK cütlüyünün hesabına İstanbul seçkilərini qazanan İmamoğlunun qələbəsinə sevinir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli 23 iyunda Türkiyədə keçirilən İstanbul bələdiyyə seçkilərində CHP namizədi Əkrəm İmamoğlunun qalib gəlməsinə münasibət bildirərkən deyib. O bildirib ki, CHP Qərbdəki havadarlarının və PKK-çıların dəstəyi ilə qalib gəlib:

“Qərb mətbuatının manşetləri İstanbul seçkilərinə həsr edilib. Onlar AKP-nin İstanbul bələdiyyə seçkilərində məğlubiyyətinə sevinirlər. Təəccüblü deyil, çünki dünyaya ram olunan Türkiyə lazımdır. Ramolunmaz Türkiyə türkün düşmənlərinə qətiyyən lazım deyil. Ona görə AKP-nin bu məğlubiyyətinə türkün düşmənləri belə sevinir. Ərdoğanın liderliyi ilə AKP Türkiyəni yenidən ramolunmaz etdi. Qərbdəki havadarlarının dəstəyi ilə, kamalistlər, radikal kürdlər və PKK-çılar birləşib AKP üzərində İstanbulda müvəqqəti qələbə qazandılar”.

Politoloq R.T.Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyədə köklü inkişafın getdiyini bildirib:

“Biz 20 il əvvəl Türkiyəyə baxsaq, iqtisadiyyatının çox aşağı, hərbi texnikasının isə çox zəif olduğunu görərik. İndi Türkiyə deyəndə inkişaf etmiş, güclənmiş böyük bir ölkə görürük. Hazırda qardaş ölkə güclü silahlara və yenilməz orduya sahibdir. Həmçinin Türkiyə indi böyük dövlətlərlə bir masaya oturur, müxtəlif ölkələrlə danışıqlar aparır və öz mövqeyini açıq şəkildə bildirir. Bütün bunlar hamısı Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsindən sonra oldu”.

Politoloq Əkrəm İmamoğlunun qələbəsinə sevinənləri kəskin qınayıb:

“Erməniləri təşəkkür edən, amma azərbaycanlıları yada salmayan Əkrəm İmamoğlunun qələbəsinə Azərbaycanda sevinən 3-4 faiz dəstə bir az gözlərini açıb, Türkiyə tarixinə nəzər yetirsinlər. CHP-nin qardaş ölkədə hakimiyyəti dövründə Azərbaycana heç vaxt xeyri dəyməyib. Bəlkə bir mülki helikopteri Azərbaycana vermək gücündə olmayan Süleyman Dəmirəli yada salsınlar? Bütün bunlara baxmayaraq, ölkəmizdə bəziləri “hər şey çox gözəl olacaq” deyir. Sevimli İmamoğlunuz arzuladığınız kimi Türkiyə prezidenti olsa, ilk qərarından biri Ermənistanla sərhədlərin açılması olacaq. O zaman da belə “hər şey gözəl oldu” deyə biləcəksiniz?”

Politoloq qeyd edir ki, Türkiyə xalqı növbəti seçkilərə qədər yanlış seçim etdiyini anlayacaq:

“Türkiyə xalqı ram olunacaq, ya olunmayacaq - bunu vaxt göstərəcək. Bu, xalqın iradəsindən asılı olacaq. Türkiyə xalqı ram olunmaq istəyəcəksə, CHP-İYİ-HDP-FETÖ-ya səs verməyə davam edəcək. Qardaşlarımız ram olunmaq istəməyəcəksə, AKP-MHP ittifaqının yanında olacaq. İrəlidə 4 il var və bu illərdə dövlətə nəzarət tam Cümhur İttifaqındadır. Mən hesab edirəm ki, qarşıdakı 4 ildə xalq səhv etdiyini anlayıb, növbəti seçkilərdə səhvlərini düzəldəcək”.

Tarix
2019.06.25 / 12:27
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Komitədən Əlibəylinin döyülməsinə - Münasibət

Medvedyev Mehriban Əliyevanın səfərindən danışdı

İlham Əliyev Bulvarı elektromobillə belə gəzdi - Video

Türkiyədə birlik mesajı: Qarabağ... - Foto

Bu görüşlər inkişafa güclü impuls verir - Mehriban Əliyeva

Prezident onlara ali rütbə verdi

Atanın Nikolla Milan “dialoqu”: Həsənov darmadağın etdi

Arif Hacılıya qarşı cinayət təqibi başlaya bilər? - Video

XİN-dən Paşinyanın Milandakı çıxışına - Cavab

Mütəllibovdan Nikola sərt cavab: Hər gün adımı sayıqla...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla