Yuxarı

Azərbaycanla Türkiyə arasında din müzakirəsi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 23-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığının nümayəndə heyətini qəbul edib.

Komitənin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qəbulda Diyanət İşləri Başqanlığının Ali Şurasının üzvləri professorlar İlyas Üzüm, Mehmet Keskin, həmçinin, Diyanət İşləri Başqanlığının təqvimlər üzrə astronomu İlham Aşıq Kaya və Türkiyənin ölkəmizdəki səfirliyinin Din Xidmətləri müşaviri Sadiq Əraslan iştirak ediblər.

Görüşdə Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan münasibətlərindən danışaraq bildirib ki, iki qardaş ölkənin əlaqələri tarixi köklərə və ortaq dəyərlərə əsaslanır.

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən din sahəsində əməkdaşlıq yüksək səviyyədə qurulub. Mübariz Qurbanlı bu əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin, gələcəkdə qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib.

Tarix
2014.12.23 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla