Yuxarı

Prezidentin “Döyüşə” əmri: Zakir Həsənovun qəti addımı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq”.

Bu sözləri vətəni və xalqı üçün atdığı hər addımda onun sabahını düşünən dahi şəxsiyyət Heydər Əliyev söyləyib. Müasir Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdırsa, bu nailiyyətlərin təməli Heydər Əliyevin uzaqgörənliyi sayəsində qoyulub. Ulu öndər hakimiyyətə gəldiyi gündən ölkədəki siyasi durumu sabitləşdirməklə yanaşı, həm iqtisadi layihələrə, həm də ordu quruculuğuna ciddi önəm verib.

1993-cü ilə qədər Azərbaycan ordusunun maddi-texniki bazası bərbad vəziyyətdə idi. Təminatı sıfır durumda olan orduda nizam-intizamdan söhbət gedə bilməzdi. Vahid komandanlıq olmadığından acınacaqlı vəziyyətə düşən ordumuz həm də erməni işğalı nəticəsində itirdiyi torpaqların ağrısını çəkir, o torpaqlarda həyatını itirən şəhidlərimizin ruhu qarşısında özünü borclu hiss edirdi. Bu səbəblərdən dolayı ordudakı ruh yüksəkliyi haqqında düşünmək yersiz olardı. Lakin Heydər Əliyev öz təcrübəsinə və qlobal nüfuzuna güvənərək, ordumuzun maddi-texniki bazasının yenilənməsi istiqamətində xarici dövlətlərlə müqavilələr imzaladı. Xaricdən hərbi texnikanın alınması, şəxsi həyətin geyimlə, ərzaqla təminatı yaranmaqda olan nizami ordumuz üçün prioritet məsələ idi.

Heydər Əliyev 1994-cü ildə atəşkəsə nail olmaqla şəhid qanını durdurmuş oldu və bu addımla orduya ikinci nəfəs verdi. Davam edən ordu quruculuğu zaman keçdikcə Azərbaycanın regional gücə çevrilməsinə zəmin yaratdı. İndi böyük fəxr hissi ilə demək olar ki, biz Qafqazın ən güclü ordusuna sahibik.

Heydər Əliyev 22 may 1998-ci ildə imzaladığı fərmanla 26 iyun tarixinin “Silahlı Qüvvələr günü” kimi qeyd olunmasını uyğun gördü. Bu tarix Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ordusunun yaradıldığı gündür. Müasir dövlətimiz AXC-nin varisi hesab olunduğundan hər il bu gün bizim üçün ikiqat bayrama çevrilmiş olur. 1918-ci ildə hərbi nazir vəzifəsində general Səməd bəy Mehmandarov, müavin vəzifəsində isə general Əlağa Şıxlinski kimi peşəkar hərbçilər yer alıblar. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 2013-cü ildə Müdafiə naziri vəzifəsinə general-polkovnik Zakir Həsənovu təyin etdiyi vaxtdan orduda döyüş ruhu, qələbə sevgisi, möhkəm iradə daha da artmağa başladı. Prezident İlham Əliyevin ordumuzun rifahı, onun öz qüdrətini bərpa etməsi üçün atdığı addımlar 2016-cı il Aprel döyüşlərində bir daha əyani şəkildə həm xalqa, həm də dünyaya çatdırılmış oldu. Müdafiə naziri Zakir Həsənov müharibə getdiyi zamanda bilavasitə döyüşləri idarə edərkən həm şəxsi, həm də zabit keyfiyyətlərini ortaya qoydu. Nəticədə cənab Ali Baş Komandanın “Döyüşə!” əmrini ustalıqla həyata keçirən general-polkovnik Zakir Həsənov həm ordunun, həm də xalqın sevgisini qazanmış oldu.

Faktiki olaraq müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, hərbi nazir xalq və ordu tərəfindən bu qədər sevilir.

Son döyüşlərdən də göründüyü kimi, düşmənə qarşı qılıncımız iti, qürurumuz isə əyilməzdir.

Ey bu torpaq, bu xalq uğrunda canından keçən oğullar, bayramınız mübarək olsun! Qoy qələbələrimiz tükənməz, müstəqilliyimiz əbədi olsun, Bayrağımız daim dalğalansın!

Tarix
2019.06.26 / 09:00
Müəllif
Rahib Əhmədoğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla