Yuxarı

ABŞ və İranla bağlı önəmli nüans: az adam bilir - Pankratenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və İranla bağlı önəmli nüans: az adam bilir - Pankratenko

Çox az adam fərqinə varır ki, bu il yubileydir. Düz 40 il bundan öncə ABŞ İran İslam Respublikasına qarşı ilk sanksiyalarını tətbiq etdi.

Bu sözləri Axar.az-a rus hərbi ekspert və şərqşünas İqor Pankratenko son günlərdə alovlanan ABŞ-İran qarşıdurmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, 1979-cu ildən bu günə kimi bəzi dövrlərdə sözügedən sanksiyalar bəzən sərtləşdirildi, bəzən isə zəiflədi:

“Lakin önəmli olan budur ki, sanksiyalar İran İslam Respublikası rejiminin çöküşünə səbəb olmadı. Zənnimcə, bu dəfə də belə olacaq.

Əlbəttə, sanksiyalar İran iqtisadiyyatına zərər vurur, ölkə əhalisinin vəziyyətini ağırlaşdırır, amma rəsmi Tehran hələ ki, dayanıqlıdır.

Yəni həm İranın siyasi elitası, həm də ölkə əhalisi xarici təzyiqlərə qarşı çıxmaq iradəsini qorudu. Bundan başqa, İran hakimiyyəti hələ xalq tərəfindən verilmiş etimad və güvəni itirməyib.

Bu vəziyyət davam etdikcə sanksiyalar çətinlik törətsə də, ölümcül olmayacaq. İran lazımi şəkildə müqavimət göstərmək gücünə sahibdir və gələcəkdə də asimmetrik cavab verəcəkdir”.

Tarix
2019.06.26 / 11:23
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla