Yuxarı

“Ruslar ucadan düşünəndə Putin gedəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çünki faktiki olaraq iqtisadi metodları xaric hesab etmək olar".

Bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Ekspertin sözlərinə görə, bütün növ məhsulları daha ucuz qiymətlərlə əldə etmək üçün son günlər Rusiyaya valyuta axını artıb ki, bu da vəziyyəti müvəqqəti tənzimləməkdə hökumətə əlavə avantaj yaradıb:

"Lakin yaranmış situasiyada ölkə istehsalçıları və yaxud distribütorlar satışda maraqlı tərəf deyillər. Azərbaycandan da bu ölkəyə son günlər valyuta axını artıb. Kimisi əmlak, digəri avtomobil, bir başqası isə gündəlik tələbat malarını daha aşağı qiymətlə əldə etməyə tələsir. Düşünmürəm ki, sonuncular üçün vaxt kifayət qədərdir. Çünki Rusiya özü bu gün ərzaq qıtlığı ilə üzləşdiyi halda olan-qalanının da qonşu ölkələrə daşınmasına imkan verməyəcək. Hansısa formada bu imkanların qarşısı alınacaq. Yerli avto-istehsalçılar isə indiki qiymətlərlə avtomobil satmaqda həvəsli görünmür. Həmçinin daşınmaz əmlak satıcıları. Təbii ki, bu ölkədə əlaqələri olanlar üçün hər zaman variantlar mövcuddur".

Ekspert yaranmış böhranın kökündə siyasi amillərin dayandığını bildirib:

"Ümumiyyətlə isə qeyd etmək istərdim ki, Rusiyada vəziyyət yenidən gərginləşəcək. Avropa və ABŞ indiki halda kifayət qədər israrlı davranış nümayiş etdirir. Putinə gəldikdə isə bu adam sonuncu görüşlərində və mətbuat konfransında heç də qalib liderə oxşamasa da, bu qədər asanlıqla geri çəkilmək şansına da malik deyil. Çünki geri çəkilmək "Tayqanı düşmənlərin istismarına vermək", az-çox şəxsinə pərəstiş edənlərin güvənini itirmək deməkdir. Maraqlı məqam isə ondan ibarətdir ki, hər iki tərəf az və ya çox şəkildə itkilərə məruz qalıb. Və hər iki tərəf prosesin sonundan asılı olaraq cavab verməlidir. Buna görə də nə ABŞ-da, nə də Avropada heç bir hökumət itirilənlər üçün məsuliyyət daşımaq istəməz. Çünki bu ölkələrdə bilərəkdən zərər hökumətlər üçün intihara bərabərdir. Demək ki, bu dəfə də itirən məzlum rus xalqı olacaq. Obama bir güllə belə atmadan Putini diz çökdürmək havasındadır, Putin isə dostlarını bir-bir itirir. Bir azdan ruslar ucadan düşünəcək və Putin iki od arasında təslim olacaq. Olacaqlar üçün zaman gərəkdir ki, bu zamanın hər dəqiqəsi Rusiya iqtisadiyatına milyonlar bahasına başa gələcək".

Tarix
2014.12.24 / 08:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla