Yuxarı

Gənc azərbaycanlının oğurlanan saatının özəllikləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc azərbaycanlının oğurlanan saatının özəllikləri

İspaniyanın İbiza kurortunda 22 yaşlı Azərbaycan vətəndaşının təxminən 1 milyon funt sterlinq dəyərində saatının oğurlanma xəbəri olduqca maraqla qarşılanıb. Saatın sahibi ilə bağlı məlumatlar, eləcə də onun qiyməti sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Axar.az xəbər verir ki, saatı bu qədər dəyərli edən əsas məqamlardan biri onun dünyada cəmi 75 adamda olmasıdır.

Bundan başqa, “Richard Mille” markasına aid “50-03 McLaren F1” model saatı dünyanın ən yüngül qol saatlarındandır. Qrafen, titan və karbon qarışığından hazırlanmış bu saatın ağırlığı 40 qramdır. Saatın dialı qara elektrodlu titandan ibarətdir.

Çərçivədə saat, dəqiqə, saniyəyə bölünmüş xronoqraf, 70 saatlıq güc rezervi, funksiya göstəriciləri yerləşdirilib.

Saatın kəməri qrafen kauçukdan hazırlanıb.

Cəmi 75 ədəd hazırlanan saatın qiyməti 964 min funt sterlinqdən başlayır.

Tarix
2019.06.27 / 13:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla