Yuxarı

İranla müharibə başlayıb: ABŞ zərbə endirdi - Karasik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla müharibə başlayıb: ABŞ zərbə endirdi - Karasik

ABŞ-ın sanksiya tətbiq etdiyi İranın Ali dini lideri Əli Xamenei, Xameneinin ofisi və əlaqəli maliyyə qurumları İran və ölkə iqtisadiyyatı üçün böyük zərbə ola bilər.

Bu sözləri Axar.az-a Vaşinqton Qulf Analitik Mərkəzinin baş məsləhətçisi doktor Teodor Karasik İrana tətbiq olunan son sankiyaları şərh edərkən deyib. Onun sözlərinə görə, bu sahələrə və şəxslərə tətbiq olunan sanksiyalar müəyyən bir sinfin sosial vəziyyətini çökdürməkdədir:

“Bu addım birbaşa İran rəhbərliyinin pul və aktivlərinə zərbə endirməyə istiqamətlənib. Bu, öz növbəsində, İran üçün böyük təzyiq olacaq. İranı bəzi kiber-fəaliyyətinə güzəştə getməyə məcbur edəcək.

İranla müharibənin bir növü artıq başlayıb və bir müddət davam edəcək kimi görünür. Biz ABŞ olaraq başa düşməliyik ki, İranın o təbəqəsi ilə mübarizə aparırırıq ki, onların dünyagörüşü sadə xalqın baxışları ilə üst-üstə düşmür”.

Analitik qeyd edib ki, ABŞ İranın kiber-hücum və bənzər sahələrinin fəaliyyətini yaxından izləmək potensialına malikdir:

“Bunu daha öncə də vurğulamışam. Lakin təkrar etməklə hazırda mövcud olan bir çox dezinformasiyanın aradan qaldırılmasına yardım etmək istəyirəm”.

Tarix
2019.06.28 / 09:00
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla