Yuxarı

15 yaşlı qızın ATV-də müzakirəsi... - MTRŞ-dən reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 yaşlı qızın ATV-də müzakirəsi... - MTRŞ-dən reaksiya

Azərbaycanda 15 yaşlı qızın 27 yaşlı üç uşaq atası ilə qaçması cəmiyyətdə birmənalı qarşılanmayıb. Hadisənin ATV-də yayımlanan “Bizimləsən” verilişində müzakirə obyektinə çevrilməsi sosial şəbəkələrdə istifadəçilər tərəfindən tənqid olunub və erkən nikahın təbliği kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, bu cür hadisələrin efirdə yayımlanmasının müsbət tərəfləri ilə yanaşı, mənfi təsirləri də var.

T.Dadaşov qeyd edib ki, bu səbəbdən efirdə belə mövzuların müzakirə obyektinə çevrilməsi tövsiyə olunmur:

“15 yaşlı qızın ailə qurması və ya kiminləsə birgə yaşaması ilə bağlı məsələ bizim səlahiyyətimizə aid deyil. Belə hadisələri efirdə göstərdikdən sonra reaksiyalar müxtəlif ola bilər. Bir tərəfdən baş verənlərdən müvafiq qurumların xəbərdar olması və başqa insanların bu nümunədən dərs çıxarması müsbət effekt kimi sayıla bilər. Lakin məsələnin digər tərəfini də unutmaq olmaz. İnsanlar bunu erkən nikahın təbliği kimi qiymətləndirirlər. Bu səbəbdən belə hadisələri efirdə müzakirə etmək tövsiyə olunmur”.

Tarix
2019.06.28 / 16:41
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla