Yuxarı

Rusiya hərbi sirləri yaymaqla Azərbaycana savaş açdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın ən önəmli xəbər agentliyinin dünyada siyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycanın dövlət sirlərini mediaya açması təsadüfi deyil".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.

O, Rusiyanın bu addımla Bakıya mesaj göndərdiyini bildirib:

"Biz NATO Əməkdaşlıq İnstitutu olaraq bir neçə ay öncə Axar.az vasitəsiylə Rusiya peyklərinin Azərbaycan ordusunun hərəkət istiqaməti və hərbi hissələrin yerləşdiyi yerləri haqda məlumat topladığını söyləmişdik. Rusiyanın ən önəmli xəbər agentliyinin dünyada siyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycanın dövlət sirlərini mediaya açması təsadüfi deyil. Bu məlumatları onlara təbii olaraq Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi (QRU) və FTX (FSB) verir. Səbəb isə Azərbaycanın hərbi sirlərini bildiklərini göstərməkdir. Bu həm də Rusiyanın Azərbaycana dolayı yolla savaş açması anlamıdır. Bunlar çox ciddi informasiyalardır. Əgər Rusiyanın hansısa bir xəbər agentliyi bunları yayırsa, deməli, Rusiya dəstək verdiyi Ermənistana da bu informasiyaları öz əli ilə verir. Bu sadəcə olaraq hərbi sirlərin cüzi hissəsidir. Rusiya bu yolla həmçinin Azərbaycana mesaj verir. Hesab edirik ki, Azərbaycan buna ciddi reaksiya verməlidir. Bu bir daha onu göstərdi ki, Azərbaycanın əlavə olaraq Mərkəzi Kəşfiyyat Agentliyinə ehtiyacı var. Bu agentlik peyk kəşfiyyatı ilə də təmin olunarsa, o zaman Azərbaycan dövləti hazırda cərəyan edən çətin siyasi proseslərdə əlavə dividentlər qazana bilər. Bu həm də düşməndən daha öndə olmağa xidmət edər".

Qeyd edək ki, bu gün "RİA-Novosti" agentliyi Azərbaycanın hərbi sirlərindən ibarət infoqrafika yaymışdı.

Tarix
2014.12.25 / 00:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla