Yuxarı

Əli Həsənovdan mühüm mesaj: “Fors-major olmayacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2014-cü il də Azərbaycanın müstəqillik tarixində uğur və nailiyyətlərlə zəngin növbəti il kimi öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edib".

Axar.az xəbər verir ki, bu sözləri PA-nın şöbə müdiri Əli Həsənov 2014-cü ilin yekunları ilə bağlı AzərTAc-a geniş müsahibəsində bildirib. Onun sözlərinə görə, bu il də sosial yönümlü siyasət həyata keçirilib, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, vətəndaşları narahat edən problemlərin həlli, onların istək və arzularının qarşılanması dövlətin diqqət mərkəzində olub, bu sahədə ardıcıl tədbirlər görülüb.

Başa çatmaqda olan bu ili enerji strategiyasının yeni konturlarının müəyyənləşdirilməsi və həyata keçirilməsi, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun yüksəlməsi baxımından yüksək qiymətləndirən Ə.Həsənov ölkənin öz müstəqil, balanslı siyasəti, beynəlxalq təşkilatlarda fəal iştirakı ilə seçildiyini, xarici aləmlə əməkdaşlıq əlaqələrini inkişaf etdirdiyini və nüfuzunu artırdığını vurğulayıb.

Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard dollar səviyyəsində olduğunu nəzərə çatdıran PA rəsmisi bu rəqəmin Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil etdiyini xatırladıb. "Cari ilin 10 ayı ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı 2,8 faiz, qeyri-neft sektoru isə 6,6 faiz artıb. Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollar səviyyəsinədək yüksəlib. Bu gün Azərbaycanın xarici borclarının ÜDM-ə nisbəti cəmi 8,5 faiz səviyyəsindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab edilir. Bu ilin ötən dövrü ərzində işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə düşüb ki, bu göstəricilərə görə Azərbaycan dünyanın inkişaf etmiş bir çox ölkəsini belə geridə qoyub. Statistikaya əsasən, son 10 ayda əhalinin gəlirləri 4,7 faiz artaraq 33,6 milyard manat olub. Əhalinin hər bir nəfərinə düşən gəlir 3,4 faiz çoxalaraq 3 600 manata, orta aylıq əməkhaqqı isə 5,5 faiz yüksələrək 450 manata çatıb. İnflyasiya cəmi 1,5 faiz təşkil etməklə əhalinin gəlirlərindən bir neçə dəfə aşağı olub", - deyə Ə.Həsənov bildirib.

Bu ilin 9 ayında ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulduğuna diqqət çəkən Əli Həsənov yüzlərlə yeni istehsal obyektinin yaradıldığını, nəhəng infrastruktur layihələrinin davam etdirildiyini bildirib.

Azərbaycanın 2014-cü il uğurlarını konkret statistika ilə dilə gətirən PA-nın şöbə müdiri son 20 ilin enerji siyasətini də incələyib.

Əhalinin narahat edən əsas məsələ - neftin dünya birjalarında qiymətinin düşməsinə də münasibətini ortaya qoyan dövlət xadimi prosesdən Azərbaycanın da ziyan çəkəcəyini istisna etməyib: "Çünki Azərbaycan iqtisadiyyatında enerji amili hələ də böyük rol oynayır və neftin qiymətinin ucuzlaşması əldə olunan milli gəlirin səviyyəsinə təsir edir. Bununla yanaşı, bir çox digər enerji ixracatçısı olan ölkələrlə müqayisədə, Azərbaycanın nəzərəçarpacaq üstünlükləri də var ki, ölkə iqtisadiyyatını ciddi neqativ təsirdən sığortalayır".

Azərbaycanda fors-major vəziyyətin yaranmasını konkret dəlillərlə istisna edən Əli Həsənov 2008-ci il böhranı ilə müqayisələr aparıb:

"2008-ci ildə başlanmış və bir neçə il davam edən ümumdünya iqtisadi böhranı zamanı Azərbaycan iqtisadiyyatında müşahidə olunan artım da bunu təsdiqləyir. Yeri gəlmişkən, həmin dövrdə də neftin qiyməti kəskin aşağı düşmüş və bir barrelinə görə 30-40 dollar təşkil etmişdi".

Ölkənin bu il xarici siyasət uğurlarına nəzər yetirən Əli Həsənov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini, bu müddətdə korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti seçdiyini, demokratiya, təhlükəsizlik, dinlərarası dialoq məsələlərinə geniş diqqət ayırdığını qeyd edib.

(Müsahibə ilə ətraflı BURADA tanış ola bilərsiniz).

Tarix
2014.12.26 / 00:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla