Yuxarı

Saakaşvilinin yaxını: “Koridorun açılması Bakıya da zərbədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürcüstanın Təhlükəsizlik Şurası əksər ekspertlərin mülahizələrinə zidd olaraq, Avaro-Kaxetiya yolunun tikintisini təhlükəli hesab etmir".

Bu sözləri Axar.az-a açıqlamasında Mixail Saakaşvilinin Gürcüstan Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Ramin Bayramov söyləyib.

O, Rusiyanın Gürcüstandan Ermənistana qoşun yeritmək üçün quru yolu istəməsinin digər bir səbəbinin Qarabağ faktoru olduğunu bildirib:

"Rusiya Gürcüstan vasitəsiylə özünün Gümrüdəki hərbi bazasına ayrıca quru yolu ilə dəhliz açmaq istəyir. Güclü hərbi baza və koridorun olması buraya çoxlu sayda döyüşçünün gəlməsi ilə nəticələnəcək. Bu da Gürcüstanla bərabər Azərbaycan, Türkiyə və İran üçün böyük təhlükənin yaranmasına gətirib çıxaracaq. Gürcüstanın Təhlükəsizlik Şurası əksər ekspertlərin mülahizələrinə zidd olaraq, Avaro-Kaxetiya yolunun tikintisini təhlükəli hesab etmir. Buna görə də Kremlin öz strateji planlarını Gürcüstanda reallaşdırmasına şans yaranıb. Rusiya 2008-ci ildə əldə edə bilmədiyi nəticəni (Tiflisi işğal edərək, Ermənistanla sərhədə gedən bütün yolları tutmaq) yenidən qazanmağa çalışır. Burada Dağlıq Qarabağ faktoru da önəmlidir. Sirr deyil ki, Azərbaycanın son günlər hərbi gücünü artırması bəzilərini narahat edir.

Mövcud olan siyasi proseslər çərçivəsində Rusiya aqressiv taktika, yeni ərazilərin işğalı, həmçinin üsyankar və müstəqil dövlətlərin arasında "barışdırıcılıq" üçün real şəraitlərin yaradılmasından istifadə edir".

Tarix
2014.12.26 / 09:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla