Yuxarı

İrandan müharibəyə səbəb olacaq addım - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandakı molla rejimi dünya birliyinin qayda-qanunlarını qəbul etməyib, dünyaya meydan oxumaq istəyir.

Bu sözləri Axar.az açıqlamasında Qabil Hüseynli İranın uranın zənginləşdirilməsi səviyyəsini nüvə sazişi ilə nəzərdə tutulan 3.67 faizdən yuxarı qaldırması haqqında danışarkən qeyd edib. O bildirib ki, Tehran rəhbərliyi danışıqlara getmək əvəzinə vəziyyəti daha da ağırlaşdırır və beynəlxalq qanunları kobud şəkildə pozub, qarşı tərəfi təxribata çəkir:

“Uranın zənginləşdirilməsi səviyyəsini nüvə sazişi ilə nəzərdə tutulan 3.67 faizdən yüksəltməyə başlaması İrana xeyir gətirməyəcək. Çünki Tehran ətrafında hərbi qüvvələrin cəmləşməsi və proseslərə böyük ölkələrin qoşulması antiiran koalisiyasının formalaşmasına gətirib çıxara bilər. Hesab edirəm ki, İranın bu davranışları çox böyük hərbi və siyasi mühasirəyə, hətta müharibəyə səbəb ola bilər. Məncə, İran keçmişdə İraqda yaşanan hadisələrdən nümunə götürməli və daha düşünülmüş addımlar atmalıdır”.

Politoloq hazırda İran iqtisadiyyatının çox ciddi zərbələr aldığını bildirib:

“İran iqtisadiyyatında hazırda vəziyyət çox gərgindir. Çünki xəzinə boşalır və iqtisadiyyat yavaş-yavaş çökür. Belə bir vaxta Qərblə növbəti gərginlik İran iqtisadiyyatına çox mənfi təsir edəcək. Buna görə də Tehran rəhbərliyi danışıqlara gedib bu məsələləri bir qədər yumşaltmalıdır. Çünki bu yumşalma İran üçün hazırki vəziyyəti dəyişə və iqtisadiyyatını gücləndirmək üçün çox böyük şanslar yarada bilər”.

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi İranın uranın zənginləşdirilməsi səviyyəsini nüvə sazişi ilə nəzərdə tutulan 3.67 faizdən yüksəldiklərini açıqlayıb.

Tarix
2019.07.09 / 09:00
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla