Yuxarı

Tuskun səfərinin əsas hədəfi... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, Donald Tuskun Azərbaycan rəhbərliyi ilə görüşü regionu daha dərindən tanımağa və Dağlıq Qarabağ probleminin ciddiliyini anlamağa imkan yaradacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri haqqında danışarkən deyib. O bildirib ki, Tuskun ölkəmizə səfəri gələcəkdə əlaqələrin daha da genişlənməsinə səbəb olacaq:

“Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri ölkəmizlə bu nüfuzlu təşkilat arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Həmçinin, bu görüşün əsas məqsədindən biri tərəflər arasında mövcud əlaqələrin daha da genişlənməsi və yeni sahələrdə əlaqələrin qurulması idi. Eyni zamanda beynəlxalq aləmdə gedən proseslər barəsində fikir mübadiləsi aparmaq da bu görüşün əsas mahiyyətindən biri idi. Çünki Azərbaycanın regionda stabilliyin və təhlükəsizliyin qorunmasına verdiyi töhfə Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk iyunun 8-i və 9-u Azərbaycanda səfərdə olub.

Tarix
2019.07.10 / 15:03
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla