Yuxarı

Rusiya Tiflisi niyə “asıb-kəsmədi”? - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin söyüş qalmaqalından sonra Gürcüstanla münasibətləri istiləşdirməyi qərara alıb.

Axar.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Putinin Gürcüstandan uzaqlaşması Rusiyanın əleyhinə ola bilər:

“Yeni sanksiyaların tətbiqindən imtina edilib, hazırda təyyarə reyslərinin təkrar bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi müzakirə edilir.

Rusiyanın “asacaq”, “kəsəcək”, “Gürcüstan artıq bitdi” gözləntiləri növbəti dəfə özünü doğrultmadı. Çünki Putin bu gərginlikdən Rusiyanın daha zərərli çıxacağını, son illər Gürcüstan üzərində əldə etməyə başladığı təsir imkanlarını tamamilə itirəcəyini, əlaqələri qoparmağın Gürcüstanın Ukrayna ilə bərabər Rusiya sərhədlərində, Qara dənizdə ABŞ-ın bastionuna çevrilməsi prosesini daha da sürətləndirəcəyini və bu seçimin alternativsiz hala gələcəyini anlayıb”.

Ş.Cəfərlinin sözlərinə görə, Gürcüstan-Rusiya münasibərləri ilə paralel son günlər Ukrayna-Rusiya münasibətlərində də gərginlik artıb:

“Zelenski gözlənilməz şəkildə Moskvanın ölkə daxilindəki şəbəkəsinin üzərinə yeridi.

Gürcüstan və Ukraynanın keçmiş metropoliyadan qopması prosesi sancılı gedir. Hazırda Moskvanın bu ölkələri əldə saxlamaq üçün göstərdiyi çabalar hərəkətə gəlmiş qatarın son vaqonuna özünü çatdırıb, stop-kranı çəkmək cəhdinə bənzəyir”.

Qeyd edək ki, Rustavi-2 telekanalının aparıcısı Gerogi Qabuniyanın aparıcısı olduğu verilişdə Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlətməsindən sonra Rusiya ilə Gürcüstan arasında münasibətlər daha da gərginləşib.

Tarix
2019.07.10 / 16:04
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezident onu nazir müavini təyin etdi

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla