Yuxarı

Vilayət Eyvazov Miyatoviçlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 10-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, nazir ATƏT-in media və KİV azadlığı üzrə nümayəndəsi kimi əvvəllər ölkəmizə səfərləri zamanı xanım D.Miyatoviç ilə keçirilən görüşlərdə insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi barədə aparılmış müzakirələrin çox faydalı olduğunu xatırladıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu ən mühüm vəzifələrdən birinin insan haqlarının qorunması olduğunu vurğulayan general-polkovnik V.Eyvazov bu istiqamətdə DİN ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını, vətəndaşlarla kobud rəftarın və polisin nüfuzuna xələl gətirən digər neqativ halların qarşısının alınması sahəsində də davamlı iş aparıldığını nəzərə çatdırıb.

Peşəkarlığın, dünyagörüşün artırılması, beynəlxalq təcrübənin tətbiqi yönündə görülən işlərin məqsədyönlü və sistemli şəkildə həyata keçirildiyini qeyd edən nazir bildirib ki, daxili işlər orqanlarının əməkdaşları müxtəlif ölkələrə, o cümlədən ABŞ-a və Avropa dövlətlərinə təlimlər keçməyə göndərilir, təcrübəli beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə seminarlar, treninqlər, kurslar təşkil olunur. Təkcə son beş ildə insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən tədbirlərdə DİN-in 3 minə yaxın əməkdaşı iştirak edib.

Diqqətə çatdırılıb ki, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, o cümlədən məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədilə əhaliyə 28 istiqamət üzrə elektron xidmət göstərilir.

General-polkovnik V.Eyvazov bildirib ki, nazirliyin 102 - Zəng Mərkəzi Sisteminin və “Təhlükəsiz Şəhər” Xidmətinin fəaliyyəti məhz insan amili kimi ali prinsip üzərində qurulub. DİN-də yaradılmış digər qaynar xətlər (902 və 1002), ayrı-ayrı struktur qurumların elektron poçt ünvanları, sahibkarların hüquqlarının pozulması ilə bağlı müraciətlərə baxan Apelyasiya Şurası daxil olan müraciətlərin operativ həllinə, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin görülməsinə xidmət edir.

Avropa Şurası komissarının diqqətinə çatdırılıb ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər DİN-in aidiyyəti idarəsi tərəfindən operativ, obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunaraq müvafiq tədbirlər görülür. Təkcə son beş ildə və cari ilin birinci yarısında vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 2040 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Tutulmuş və ya həbs olunmuş şəxslərə işgəncə vermə və ya onlarla qeyri-insani rəftar halları qeydə alınmayıb. Bu müddətdə beynəlxalq və yerli hüquq müdafiə təşkilatları tərəfindən ərazi polis orqanlarının Müvəqqəti Saxlama Yerlərində (MSY) 1318 monitorinq keçirilib. Onların hamısında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, MSY-lər müasir videomüşahidə nəzarət kameraları ilə təchiz edilib.

Xanım Dunya Miyatoviç görüşə və ətraflı məlumata görə təşəkkür edib, DİN ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, budəfəki səfərində əsas məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində hərtərəfli yardım göstərmək, bu prosesə dəstək vermək olduğunu xatırladıb. O, Avropa Şurasının təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tarix
2019.07.10 / 20:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla