Yuxarı

Gömrükdə psixotrop maddələr aşkarlandı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Axar.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı onun üzərindən, gömrük nəzarətindən gizlədilmiş 2 ədəd büküm və 1 ədəd bağlama aşkarlanıb. Həmin bağlama və bükümlərə baxış zamanı 1 ədəd bükümdə 227 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1 ədəd bükümdə 50 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 1 ədəd bağlamada qəhvəyi rəngli, birxətli, üzərində “F/M40” nişanəsi olan 199 ədəd metadon adlı həb olduğu məlum olub.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.07.10 / 20:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla