Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyul 2019


BDU-nun Filologiya fakültəsinin 100 illiyi keçirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

BDU-dan Axar.az-a bildiriblər ki, “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin və Filologiya fakültəsinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə tanınmış alimlər, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.

Konfransa müxtəlif elm və təhsil müəssisələrindən, həmçinin Türkiyədən ümumilikdə 139 tezis təqdim olunub. Onlardan 109-u təşkilat komitəsi tərəfindən çapa tövsiyə edilib.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci qrant müsabiqəsinə layihə şəklində təqdim edilib və qalib gəlib.

Tədbirdə çıxış edən “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin sədr müavini Saday Vəliyev təşkilatın son illər həyata keçirdiyi layihələrdən, BDU-nun Filologiya fakültəsi ilə uğurlu əməkdaşlıqdan və konfransın mühüm tarixi əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycanda dilçi və ədəbiyyatşünas kadrların hazırlanmasında universitetin filologiya fakültəsinin müstəsna rolu olub.

Filologiya fakültəsinin dekan müavini, professor Nizami Xəlilov fakültənin keçdiyi yüzillik şərəfli inkişaf yolundan, burada fəaliyyət göstərmiş görkəmli alimlərin xidmətlərindən bəhs edib, universitetin ilk azərbaycanlı müəllimlərindən biri olan Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığının bəzi mühüm məqamları haqqında məlumat verib.

BDU-nun “Türkoloji araşdırmalar” Elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, təşkilat komitəsinin üzvü Pərvin Eyvazovun konfransla bağlı hesabat xarakterli çıxışı dinlənilib.

Gəncə Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Xəlil Yusifli Azərbaycan ədəbiyyatşünaslığının inkişafında Bakı Dövlət Universitetinin rolundan, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədli BDU-nun Filologiya fakültəsinin elmi mühitindən, universitetin görkəmli dilçi alimlərinin fəaliyyətindən danışıblar.

Sonra Türkiyənin Fırat Universiteti Müasir türk dilləri kafedrasının dosenti Süleyman Kaan Yalçının və Kiprin Girne Amerikan Universitetinin Türk dili və ədəbiyyatı müəllimliyi kafedrasının müdiri, dosent Elza Alışova Dəmirdağın çıxışlarını əks etdirən videomateriallar dinlənilib. Çıxış edənlər BDU-nun Filologiya fakültəsinin 100 illik yubileyi münasibətilə konfrans iştirakçılarına təbriklərini çatdırıblar.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Əliqızı, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, dosent Qüdsiyyə Qəmbərova qeyd ediblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu elm ocağı müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən zəngin və şərəfli bir yol keçib, böyük ziyalıların fədakar əməyi sayəsində yetişdirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə ölkəmizin tərəqqisinə misilsiz töhfələr verib.

Sonda konfransın təşkil olunmasında fəal iştirak etmiş Filologiya fakültəsinin bir qrup müəllim və tələbəsinə “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyi adından təşəkkürnamələr təqdim olunub.

Tarix
2019.07.10 / 22:48
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

General Azərbaycan mediasından danışdı

Yaqub Mahmudov jurnalistləri təbrik etdi

Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok ssenari

Türkiyədə Osmanlı ruhu canlanır – Rusiyadan baxış

Nazir yeni səfirlə görüşdü - Foto

Bir neçə dövlət qurumu gücləndirilmiş iş rejiminə keçdi

Erməni evini dağıdan "metafizik" gülləmiz – Video

Bu ölkə birmənalı şəkildə suverenliyimizi tanıyır - XİN

Sirlər açıldı: S-400 qovğasının sensasion təfərrüatı - Video

Onlar Azərbaycanı gücləndirirlər - Nazir

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla