Yuxarı

İran döyüşdə iki gəmi batıra bilər, sonra isə... – Sensasion şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran açıq şəkildə sanksiyaların sərtləşdiriləcəyi halda hansısa qətiyyətli addımlara hazır olduğunu nümayiş etdirir.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, “Military Russia” portalının təsisçisi Dmitri Kornev Hörmüz boğazında İran və Britaniya gəmilərinin iştirakı ilə baş verən insidentlə bağlı danışarkən deyib.

“İran son dövrdə bir çox kəskin addımlar atır – ABŞ dronunun vurulması, Britaniya tankerinin saxlanmasına cəhd... Bununla da Tehran həm də özünün düşmən gəmilərinə qarşı bütün atəş gücündən – həm sahil kompleksləri, həm gəmilərdən, o cümlədən də kiçik döyüş gəmiləri donanmasından istifadə edə biləcəyi ilə bağlı imkanlarını nümayiş etdirdi. Görünür, hələ başqa fəaliyyətlər də olacaq”, - Kornev bildirib.

Onun sözlərinə görə, dənizdə real döyüş zamanı iranlılar 1-2 gəmi batıra bilərlər. Bundan sonra isə İslam Respublikasının Hərbi Dəniz Donanması sahil infrastrukturu ilə birlikdə məhv ediləcək. Bunu anlayan İran Şimali Koreyanın etdiyi kimi məsələni maksimum güzəştlər əldə etməklə həll etmək istəyir:

“Bu məsələdə daha çox toqquşma nöqtələri var. Hələ 1980-ci illərdə Şimali Koreya şəriklik üçün əlaqələr axtarmağa başladı. 90-cı illərdə Şimali Koreya SSRİ-dən texnologiya, həmçinin elmi kadrlar idxal etdi. İranla Şimali Koreyanın sonrakı əlaqələr ona gətirib çıxardı ki, Tehran raket texnologiyalarına və birgə əməkdaşlıq nəticəsində böyük həcmdə Koreya mənşəli texnikaya sahib oldu. Pxenyan kimi Tehran da bunlardan uğurla istifadə edir”, - ekspert bildirib.

Tarix
2019.07.12 / 09:00
Müəllif
Zaur, Orxan
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla