Yuxarı

Rusiya Türkiyəni tələyə saldı? - Sensasion şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

S-400-lərin Türkiyəyə gəlişi Türkiyəni zəiflədib, Ərdoğanın şəxsini beynəlxalq arenada gücləndirmişdir.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev ötən gündən başlayaraq Rusiyanın S-400-lərin hissələrini Türkiyəyə tədarük etməsini şərh edərkən deyib. O bildirib ki, S-400-lər Türkiyə üçün “tələdə pendir”dən başqa bir şey deyildi:

“Bu kontrakt ilə Rusiya Türkiyəni özünə bağlı hala gətirdi. Rusiyanın hesablaması çox dəqiq idi - raketləri alan Ərdoğanın Qərb ilə arası daha da pozulacaq, belə halda Ərdoğan mövqelərini gücləndirmək üçün məcburi olaraq arxasını Rusiyaya dayamağa və ondan daha geniş dəstək almağa məcbur olacaq”.

Politoloq iddia edib ki, digər məsələ Türkiyənin əsas təhlükəsinin Şərqdən – İran və Suriyadan – gəlməsidir:

“Hər ikisinin Rusiyanın müttəfiqi olmasına görə bu raketlərin kimə qarşı istifadə olunacağı sual altındadır”.

Politoloq “arxasını Rusiyaya dayayan” dövlətlərin halının da yaxşı olmadığını qeyd edib:

“İqtisadiyyat, həyat şərtləri, insan hüquqları və demokratiya bərbad... Eyni tale bu səfər Türkiyəni gözləyir. Tam Duqin və Rusiyanın istədiyi kimi... Diqqət eləsəniz, uyğur türklərinin Çində kamplara toplanmasına etiraz edən dövlətlər arasında Türkiyə yox idi. Artıq Türkiyə də beynəlxalq arenada Çin və Rusiyanın yanındadır”.

F.Mehdiyevin fikrincə, Rusiya və Ərdoğanın bu məsələdə əsas rəqibi Türkiyənin azadlıqsevər xalqıdır ki, onlar da Ərdoğanın dəyişməsi üçün çalışacaq. Rusiya isə daxildə də nəzarəti əldə saxlamaq üçün Ərdoğana kömək edəcəkdir - 15 iyun qiyamında olduğu kimi.

Politoloq həm də o fikirdədir ki, Türkiyə Rusiyadan "tarixdə heç vaxt olmadığı qədər" asılı vəziyyətə düşüb.

Tarix
2019.07.13 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla