Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Azərbaycan 2014: Nurçu qalmaqalı, üç günlük müharibə və...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il Azərbaycanda mühüm hadisələrlə yadda qaldı.

Axar.az xəbər verir ki, ilin başlanğıcında "Sovetski" məhəlləsinin söküntüsü sürətləndi və Bakının bu köhnə məhəlləsinin yerində yenidənqurma işləri genişləndi.

Mart ayında nurçu qalmaqalına görə proseslər başladı. Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tərəfindən Pensilvaniyada yaşayan "Xidmət hərəkatı"nın lideri Fətullah Gülənə yazıldığı iddia edilən məktub mediada yayımlandı. Bundan sonra Aslanov vəzifəsindən azad edildi.

Aprel ayında Türkiyə Prezidenti Tayyib Ərdoğanın Bakıya səfərinin ardınca Göyçay və Bakıda nurçu əməliyyatları keçirildi.

Mayın 6-dan Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə 6 aylıq müddətində sədrlik vəzifəsinin icrasına başladı.

İyunun 18-də "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" (ABTM) təsisçilərinin keçirdiyi yığıncaqda 11 lisey və Araz Kurslarının fəaliyyətinin dayandırması qərara alındı.

Bu il jurnalistlərdən Rauf Mirqədirov vətənə xəyanət ittihamı ilə, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl isə Tural Mustafayev adlı tanışını intihara təhrik etməkdə təqsirli bilinərək həbs edildi.

Avqustun əvvəlində Azərbaycanla-Ermənistan sərhəddində üç günlük müharibə oldu. Bundan sonra Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan üçtərəfli görüş keçirildi.

Noyabrın 12-də Azərbaycan ermənilərin Mi-24 tipli helikopterini vurdu, 3 ekipaj üzvü partlayışdan sonra yanaraq öldü.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirildi.

Tarix
2014.12.29 / 08:45
Müəllif
Emin Aslanlı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyanın qorxusu reallaşır: Bakı B planına əl atır

Bakı hərbi gücünü meydana çıxarır, Nikol isə rus qırıcısına minir...

Bakı qərarını verdi: İrəvan nə qədər Moskvaya yalvarsa da...

Əgər bu gün ABŞ Ərdoğana bu jesti edərsə... - Şərh

Paşinyanın Kəlbəcər səfərinin sirri...

Ordumuzun atəşi altına düşən erməni postları - Video

Ordumuz bu ərazini də işğaldan azad etdi - Video

Azərbaycan dünyanı bu silahlarla heyrətə salacaq - Siyahı

Bakı ilə Tehran arasında memorandum imzalandı

Orduda növbəti komanda-qərargah təlimi keçirilir - Foto

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla