Yuxarı

Yaralıların həyatına təhlükə yoxdur - Həsənov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsi zamanı xəsarət alanların hamısına ilkin tibbi yardım göstərilib.

Bu barədə Report-a Şəki şəhər icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Həsən Həsənov bildirib.

O qeyd edib ki, yaralılardan 4-ü helikopterlə Bakıya göndərilib. Hadisə zamanı ümumilikdə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Onlardan 13-ü ambulator müalicə alıb və evə buraxılıb. Yaralılardan 4-ü Bakıya göndərilib. Daha 2 nəfərin müalicəsi Şəki şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir", - deyə o bildirib.

İcra başçısının müavini əlavə edib ki, yaralıların həyatı üçün təhlükə yoxdur. "Ərazidə elə bir dağıntı olmayıb. Hazırda istintaq gedir. Bu səbəbdən təmizlik işləri aparılmayıb. Ərazi yəqin ki, sabah səhər təmizlənəcək".

Qeyd edək ki, hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir.

Tarix
2019.07.14 / 21:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla