Yuxarı

Şəkidə xəsarət alanların son vəziyyəti – Nazirlik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:28

Ötən gün Şəki Xan Sarayının qarşısında Xan Çinarın budağının qırılması nəticəsində xəsarət alanların vəziyyəti stabildir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Şəki Mərkəzi Xəstəxanasında müalicə alan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağır, digər yaralı Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.

1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Şəki Xan Sarayının qarşısında Xan Çinarın budağının qırılması nəticəsində xəsarət alan Suriya vətəndaşları Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) Bakıda fəaliyyət göstərən özəl xəstəxanalardan birinə köçürülüb, İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq) müalicəsi isə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində davam etdirilir.

Tarix
2019.07.15 / 16:04
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla