Yuxarı

Azərbaycanda FETÖ-nun dayaqları... - PA rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 iyul Türkiyədə qəhrəmanlıq tarixidir. 2016-cı il iyulun 15-də xalqın seçdiyi hökumətin devrilməsinin qarşısı alındı. Türkiyə xalqı ağır texnikanın qarşısına çıxdı. Bu, qəhrəmanlıq idi. Qəhrəmanlıq ölümə atılmaq deməkdir. Həmin qəhrəmanlar da dövlət üçün ölümə atıldılar. Bu hadisəyə ilk rəsmi münasibət bildirən ölkə Azərbaycan oldu. Azərbaycan terrordan əziyyət çəkən ölkədir və terrorla mübarizə aparır.

Report xəbərinə görə, bunu Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümünə həsr edilən "Demokratiya zəfəri" adlı tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib.

O bildirib ki, FETÖ terror təşkilatının Azərbaycandakı bütün dayaqları sarsıdılıb, onların fəaliyyətinə son verilib:

"Biz çiyinə-çiyinə qardaşlığımızı qoruyub saxlamışıq. Xatırlayırsınızsa, beynəlxalq tədbirlərin birində Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, Türkiyə Prezidenti burada yoxdursa, mən varam. Türkiyə də beynəlxalq tədbirlərdə Azərbaycanın mövqelərini müdafiə edir. Azərbaycan da torpaqları uğrunda şəhid verib. 1990-cı il yanvarın 20-də də Azərbaycan xalqı mübarizəyə qalxdı, tankların qarşısına çıxdı. Bu torpaqlar qanla suvarılıb. Bütün şəhidlərin qarşısında baş əyirəm".

Tarix
2019.07.15 / 12:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla