Yuxarı

Təyyarələr Ankaraya enir: ABŞ-ın susqunluq səbəbi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton hazırda Ankara üçün yeni sərt sanksiyalar hazırlayır və buna görə də hələlik heç bir reaksiya vermir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyənin Rusiyadan S-400-ləri alması prosesinin bir neçə gündür davam etməsinə ABŞ-ın heç bir reaksiya verməməsi haqqında danışarkən deyib. O bildirib ki, ABŞ artıq hansısa boş bəyanatlar verməyəcək, Türkiyəyə qarşı sanksiyalara başlayacaq:

“ABŞ bu günə qədər Türkiyəyə Prezident və XİN səviyyəsində lazımı sözləri deyib və öz xəbardarlığını dəfələrlə edib. Vaşinqton elə hesab edirdi ki, Ankara onun təhdidlərinə boyun əyib, S-400-ləri almaqdan vaz keçəcək. Lakin Türkiyə təhdidlərə məhəl qoymayaraq, S-400-ləri Rusiyadan aldı. Bundan sonra artıq ABŞ Ankaraya qarşı sərt mövqedə hərəkət edəcək. Həmçinin Almanıya, Fransa və Belçika da Türkiyəyə qarşı ABŞ-ın yanında olacaq. Ümumiyyətlə, Qərb artıq təhdid və xəbərdarlıqla deyil, birbaşa Ankaraya qarşı ağır sanksiyalara başlayacaq”.

Q.Hüseynli hazırda Türkiyəyə S-400-ləri almağın heç bir xeyri olmadığını bildirib:

“Hesab edirəm ki, S-400-ləri almaq hərbi baxımdan Türkiyə üçün o qədər də vacib deyildi. Çünki ölkə iqtisadiyyatının bu qədər ağır vəziyyətində 2.5 milyard dolları belə ağır silaha xərcləməyi doğru hesab etmirəm. Ümumiyyətlə, ABŞ-ın sanksiyalar tətbiq etməsi gündəmə gələndən Türkiyə iqtisadiyyatında ciddi zəifləmələr başladı. Bütün bunları nəzərə alaraq aydın görünür ki, Türkiyə S-400-lərlə bağlı tələsik qərar verib”.

Qeyd edək ki, Ankaranın Rusiyadan S-400 alması səbəbindən Ağ Evin Türkiyəyə sanksiya tətbiq edəcəyi yönündə iddialar yayılmaqdadır. Hətta 15 iyul qiyamının ildönümündən sonra Türkiyəyə qarşı sanksiyaların elan edəcəyi gözlənilir.

Tarix
2019.07.15 / 14:18
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla