Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Avqust 2019


Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan tərəfindən işğal olunub, Ermənistan tərəfindən BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməməsi Dayanıqlı İnkişaf hədəflərində qarşıya qoyulan vəzifələrin həllini əngəlləyir.

Report xəbər verir ki, bu barədə Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Nyu Yorkdakı BMT qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda ikinci Könüllü Milli Məruzəni təqdim edərkən bildirib.

Sülhsüz inkişaf olmadığını vurğulayan Ə.Əhmədov beynəlxalq ictimaiyyəti münaqişələri həll edərək sülhü bərqərar etməyə səsləyib. Baş Nazirin Ə.Əhmədov Qarabağ münaqişəsi həllini tapmasa belə, Azərbaycanın Dayanıqlı İnkişaf hədəflərilə bağlı təhsil, səhiyyə, sosial təminat, məşğulluq, xüsusilə də qaçqın və məcburi köçkünlərin məşğulluğu sahəsində bir sıra tədbirləri həyata keçirə bildiyini qeyd edib.

Bununla yanaşı, ölkənin iqtisadi inkişafı, orta və kiçik sahibkarlığın dəstəklənməsi, dövlət xidmətlərinin təkmilləşdirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində də mühüm islahatların həyata keçirildiyini diqqətə çatdıran natiq 2025-ci ilədək sosial-iqtisadi inkişaf, təhsil kimi sahələrdə əlavə tədbirlər görüləcəyini bildirib.

Xatırladaq ki, BMT-yə ikinci milli məruzəni təqdim etməyə yalnız 14 ölkənin haqqı var.

Tarix
2019.07.15 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təcili səfər: Ərdoğan Putini inandırmağa çalışacaq ki...

Türkiyə və Rusiya üz-üzə: İdlibdə nə baş verir?

Azərbaycanı vurmaq üçün bunu edirlər – Deputat

Sabitliyin pozulması üçün alınan pullar... - Ekspert

Qarabağda qondarma seçkilər - Beynəlxalq təşkilata çağırış

Quşun Rəşadı ağır yaralamasına gülənlər... - Ekspert

Politoloq MiQ-29-la bağlı nümunə paylaşdı - Faktlar

Təyyarə quşla toqquşdu, ön şüşə parçalandı - Video

O, həqiqəti dedi, müxalifət isə təhqirə keçdi... - Deputat

Bakıya qarşı texnoloji müharibə aparılır – Millət vəkili

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla