Yuxarı

"Ermənilərin təhlükəsizliyini təmin etməyə hazırıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər Ermənistan Bakı 2015 Avropa Oyunlarında iştirak etmək qərarına gələrsə, Azərbaycan bu ölkənin nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazırdır".

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, Ermənistan tərəfi bu məsələni şişirdir: "Ancaq dəfələrlə bəyan etmişik ki, biz Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazırıq".

A.Rəhimov Avropada və dünyada Azərbaycana qarşı qərəzli mövqedən və ikili standartlardan da söz açıb. Nazir qeyd edib ki, bu gün Avropanın, eləcə də dünyanın bir çox ölkələrində Azərbaycanın inkişafına qısqanclıqla yanaşırlar və Azərbaycanın bugünkü inkişafını qəbul edə bilmirlər: "Onlar qəbul edə bilmirlər ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, belə sürətlə inkişaf edir, müstəqil siyasət yürüdür".

Nazir mətbuat nümayəndələrini də Azərbaycan haqqında bu cür qərəzli yazılar yayan bəzi beynəlxalq mətbuat orqanlarına qarşı mübarizə aparmağa çağırıb.

Tarix
2014.12.29 / 15:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla