Yuxarı

“Qardian”: 2015-də gözlər bu iki nəhəngə dikiləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzümüzə gələn ildə dünya iqtisadiyyatında köklü dəyişikliklər baş verəcək.

Axar.az bildirir ki, "Qardian" ("The Guardian") qəzeti 2015-ci ildə bir çox ölkənin maliyyə-iqtisadi durumunun xeyli yaxşılaşmasına ümidlər olduğunu yazıb. Analitiklərin fikrincə, elə bu ümidlər də mövcud olan problemləri dərinləşdirə bilər.

Qəzet bir neçə risk faktorunun adını çəkib – neftin qiyməti, Rusiya və Ukraynadakı iqtisadi problemlər, Çin və Amerika iqtisadiyyatlarının durumu və Avrozonadakı böhranla mübarizə.

İddialara görə, qara qızılın qiymətinin enməsi bir tərəfdən istehlak tələbatına müsbət təsir göstərir və şirkətlərin xərclərini azaldır, digər tərəfdən isə qiymətlərin düşməsi Venesuela və İranın iqtisadiyyatına təsir edən, eləcə də ABŞ-ın enerji sahələrini batıran "kredit stressi" yaradır.

Rusiyanın iqtisadi vəziyyəti də neftin qiymətindən asılıdır. Əgər Rusiya yeni ildə iqtisadi çətinlikləri dəf edə bilməsə, bu, həm Rusiya, həm də Avropa Birliyi dövlətlərində öz təsirini göstərəcək.

Qəzetin yazdığına görə, 2015-ci ildə bütün diqqətlər dünya iqtisadiyyatının iki böyük gücünə - Çin və ABŞ-a yönələcək.

Tarix
2014.12.29 / 18:44
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla