Yuxarı

"Meqafon" təxribatçı əməkdaşlarını işdən çıxardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ən böyük mobil operatoru “Meqafon” şirkəti öz saytında Dağlıq Qarabağ haqqında yerləşdirilmiş yanlış informasiya ilə bağlı daxili təhqiqat aparır.

Axar.az xəbər verir ki, bu barədə “Meqafon”nun Direktorlar Şurasının sədri Yevgeni Bıstrıxın imzası ilə Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olmuş məktubda bildirilir.

Məktubun tam mətnini təqdim edirik:

“Şirkətin saytının yenilənməsi zamanı Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazi kimi təqdim edilməsi barədə yanlış informasiya aşkar edilib. Şirkətin menecmentinin bunu aşkar etməsindən sonra səhv məlumat dərhal düzəldilib.

Hazırda “Meqafon” insidentlə bağlı daxili təhqiqat aparır. Bu məlumata görə, məsul olan əməkdaşlar vəzifələrinin icrasından uzaqlaşdırılıb və onlar Rusiya Federasiyasının Əmək Məcəlləsinə müvafiq olaraq intizam cəzası alacaqlar.

“Meqafon”un əsas iş prinsiplərindən biri öz kommersiya fəaliyyətini siyasi və dini kontekstdən uzaq tutmaqdır. Biz baş verən hadisədən təəssüfləndiyimizi bildirir, təsdiq edirik ki, səhv bilərəkdən deyil və hər hansı qərəzli niyyət olmadan buraxılıb. Şirkət bu qərəzsiz insident nəticəsində hisslərinə toxunulmuş hər kəsdən üzr diləyir”.

Tarix
2019.07.16 / 23:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla