Yuxarı

Azərbaycanlı fəalların aclıq aksiyası davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı fəalların aclıq aksiyası davam edir

Güney azərbaycanlı milli-mədəni fəallar Həkimə Əhmədi və Siyamək Mirzayinin aclıq aksiyası davam edir.

Axar.az xəbər verir ki, Binab Ədliyyə Şöbəsinə ünvanladığı məktubda qeyri-müəyyən vəziyyətdə saxlanmasına etiraz olaraq Marağa həbsxanasında aclıq aksiyasına başlayan H.Əhmədi aksiyasının 3-cü günündədir.

Evin zindanının təknəfərlik kamerasında aclıq aksiyası keçirməkdə olan digər milli-mədəni fəal Siyamək Mirzayi isə 16 gündür aksiyasına davam edir. Ailəsi fəalın səhhətindən dolayı nigarandır.

Qeyd edək ki, Həkimə Əhmədi 9 ay öncə saxlanılaraq Marağa həbsxanasına köçürülüb. İki uşaq anası olan H.Əhmədinin sosiologiya üzrə ali təhsili var. O, Mərənd şəhərinin fəallarından biri kimi ana dilində təhsil hüququ tələbi ilə əlaqədar fəaliyyət göstərir.

Siyamək Mirzayi isə 2016-cı il iyunun 24-də Ərdəbilə yaxın Parsabad şəhərində saxlanılıb. Fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qrup yaratmaq kimi ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib. Sonra Apellyasiya Məhkəməsi fəalın işinə yenidən baxaraq Mirzayiyə 3 il həbs və 1 il sürgün cəzası verib.

Tarix
2019.07.16 / 23:56
Müəllif
Aytac Araz
Digər xəbərlər

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla