Yuxarı

AB-nin Türkiyəyə sanksiya qərarının əsl səbəbi... – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin qazıntı apardığı ərazi beynəlxalq sulardır və istənilən ölkə burada qazıntı apara bilər. Buna heç bir dövlətin müdaxilə etməyə ixtiyarı yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Avropa Birliyinin Şərqi Aralıq dənizindəki qazma işləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, artıq Türkiyənin iki qazma gəmisi sözügedən ərazidədir və kəşfiyyat-qazma işləri aparır:

“Türkiyənin hazırda qazıntı apardığı ərazilər beynəlxalq sulardır və istənilən ölkə burada araşdırma və qazıntı apara bilər. Bunun üçün Türkiyəyə təyin olunan sanksiyalar ədalətsiz və qərəzlidir. Bu sanksiyalar birtərəflidir və sadəcə Kipr respublikasının maraqlarına xidmət edir. AB-nin tərəfləri danışıqlar masasına gətirmədən, anidən sanksiyalar tətbiq etməsi beynəlxalq hüquq normalarına ziddir”.

Politoloq Avropa Birliyinin sanksiya tətbiq etməsinin kökündə Türkiyənin S-400-ləri almasının olduğunu bildirib:

“Türkiyənin S-400-ləri alması NATO həmrəyliyinə zidd olsa da, bu, Ankaranın öz maraqları daxilində atılmış addımdır. Türkiyə müstəqil dövlətdir və istədiyi kimi öz ticarət əlaqələrini istənilən ölkə ilə qura bilər. Heç bir ölkənin və ya təşkilatın belə kobud şəkildə müdaxilə etməyə hüququ yoxdur”.

Qeyd edək ki, dünən Avropa Birliyi Şərqi Aralıq dənizindəki qazma işləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq etmək barədə qərar verib. Sanksiya planına əsasən, AB Ankaraya maliyyə yardımını məhdudlaşdıracaq, hava nəqliyyatı sazişi ilə bağlı danışıqları təxirə salacaq.

Tarix
2019.07.17 / 09:00
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla