Yuxarı

Ordumuz atəşkəsi ona görə pozmur ki... - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz atəşkəsi ona görə pozmur ki... - Polkovnik

Ermənistan indi Azərbaycanla informasiya müharibəsi aparmağa çalışır. Onlar belə dezinformasiya yaymaqla beynəlxalq ictimaiyyətə Azərbaycan tərəfinin atəşkəsi pozan, bölgədə gərginliyi yaradan bir ölkə olaraq göstərməyə çalışırlar.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov Ordumuzun guya Naxçıvan istiqamətindən erməni kəndlərini atəşə tutması ilə bağlı erməni mətbuatında yayılan xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycan belə yalan bəyanatlara qarşı hazırlıqlı olmalıdır:

“Biz bütün baş verənlərə nəzər salsaq görərik ki, cəbhədə vəziyyət gərginləşməyə doğru gedərkən, Ermənistan mətbuatında ölkəmizə qarşı müxtəlif formada belə yalan məlumatlar yazılır. Bu məlumatlar həm daxili auditoriya, həm də xarici ölkələr və təşkilatlar üçün nəzərdə tutulub. Ermənistan tərəfi çalışır ki, Azərbaycanı aqressor kimi təqdim etsinlər. Lakin onlar illərdi eyni ssenari ilə hərəkət etsə də, hər dəfə də səyləri boşa çıxır”.

Hərbi ekspert onu da bildirib ki, Azərbaycana atəşkəsi pozmaq lazım deyil:

“Ona görə ki, bizim torpaqlarımız işğal altındadır və biz belə kiçik şeylərə vaxt aparmaq əvəzinə döyüş əməliyyatları aparıb, öz torpaqlarını işğaldan azad edərik. Bunun üçün kifayət qədər hərbi gücümüz və hüququmuz var. Bu günə qədər atəşkəsi pozan ancaq Ermənistan tərəfi olub. Biz hələ ki, onları cavab atəşi ilə susdururuq. Azərbaycan Ordusu atə.kəsi pozmayıb və pozmayacaq da, şərait yetişdiyi andaca torpaqları azad edəcək”.

Qeyd edək ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun dünən Naxçıvan istiqamətindən erməni kəndlərini atəşə tutması barədə yalan məlumatlar yayılıb. Bir neçə gün öncə isə Azərbaycan Ordusunun Naxçıvanda keçirdiyi təlimlər nəticəsində Ermənistan ərazisində guya yanğın baş verdiyi tirajlanmışdı.

Tarix
2019.07.19 / 09:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla