Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Avqust 2019


Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok ssenari

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda sadəcə möcüzə nəticəsində David Qareci (Keşikçidağ) monastır kompleksi rayonunda qanlı təxribatın qarşısı alındı. Bu vaxt hətta kənardan heç də pravoslav möminlərə bənzəməyən bir qrup təcavüzkar əhval-ruhiyyəli insan Azərbaycan sərhədçilərini bilərəkdən silah tətbiq etməyə sövq etməyə çalışdı. Lakin sərhədçilərin təmkini və soyuqqanlılığı sayəsində təxribatçıların planları alt-üst oldu. Çünki onlar güman edirdilər ki, sərhədçilər ağır təhqir və fiziki hücumlar qarşısında atəş açacaqlar. Heç olmasa havaya... Şübhə yoxdur ki, bu vaxt həm Gürcüstana, həm də Azərbaycana düşmən olan mətbuat orqanları dərhal “azərbaycanlıların gürcü möminlərə atəş açması” barədə şüvən qoparacaqdı.

Axar.az xəbər verir ki, bu fikirlər “Kavkaz Plyus” nəşrində erməni xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən Aleksandr Lapşinin Keşikçidağ ətrafında apardığı çirkin təxribat-təbliğat kampaniyasına həsr olunmuş təhlil xarakterli yazısında yer alıb.

“Dost ölkələr Gürcüstan və Azərbaycan arasında münaqişə törətmək istəyən qüvvələrin yeni təxribatlara əl atacağına şübhə yoxdur. Bunların hansı qüvvələr olduğunu hələ aprelin 29-da “Canlı jurnal”dakı səhifəsində erməni xüsusi xidmət orqanlarına çalışan bloger Aleksandr Lapşinin yazdığı ssenarini oxumaqla təxmin etmək olar.

İşğal edilmiş torpaqlar barəsində Azərbaycan qanunlarını pozduğuna görə cəza çəkən Aleksandr Lapşini həbsxanadan azad etməklə artıq ona qarşı görünməmiş tolerantlıq nümayiş etdirilib. Lakin adətən bütün satılmış təxribatçılarda olduğu kimi, Lapşin də özünə qarşı xoş münasibəti qiymətləndirmir. Öz erməni sahiblərinin tapşırığı əsasında Azərbaycan, son dövrlərdə isə Gürcüstan əleyhinə fəaliyyətlərinə davam edir.

2019-cu ilin 29 aprelində Keşikçidağ ətrafında vəziyyətin ilk dəfə alovlanmasından dərhal sonra Aleksandr Lapşin öz erməni sifarişçilərinin istəyi ilə adından belə təxribat xarakteri hiss olunan “Azərbaycan Gürcüstandan sərhəd zonasındakı (Gürcüstan) pravoslav monastrını “qopardı” başlıqlı məqalə yazır.

Elə biz də indi məhz Lapşinin nəzəriyyəsindən danışdığı, erməni xüsusi xidmət orqanları ilə David Qareci ətrafında vəziyyətin inkişafını təşkil edən təxribatçılar tərəfindən planlaşdırılmış yazısı haqqında qeydlərə nəzər salırıq.

“Mən indi iki ölkə arasında sərhəd xəttində dayanıram, naviqatora görə, bir ayağım Gürcüstanda, ikincisi isə Azərbaycandadır. Burada divarlar yoxdur. Nəzəri cəhətdən azərbaycanlılar bu nöqtədən monastırı ziyarət edən gürcü keşiş və turistlərə atəş aça bilərlər. Hələlik vəziyyət bura gəlib çıxmayıb, lakin məsələ zaman və siyasi şəraitdən asılıdır”.

Burada açar məqam “zaman və siyasi şərait” sözləridir. Yəni açıq-aşkar bu vəziyyətin süni şəkildə yaradılması güman olunurdu. Məqsəd vəziyyəti atışmaya qədər gətirmək idi.

“Qarşıdurmanın əsasını kiçik kilsədən 100 metr məsafədə solda, bir qədər aşağıda yerləşən Udabno mağara monastrı təşkil edir. Diqqətlə baxın, aşağı doğru cığır enir, həmin yerdə sağda qayalarda rahiblər üçün otaqlar və mağara kilsəsi oyulub. Azərbaycanın birdən-birə buranın öz ərazisi olmasını və monarxların rədd olmasını bəyan etməsinə qədər yüzillər ərzində gürcü pravoslav monarxlar bu ərazidə xidmət aparıb. İndi orada Azərbaycan ordusunun postu yerləşir və siz bu yüz metri heç bir şəkildə keçə bilməzsiniz. Onlar mağaranı möhkəmləndirilmiş məntəqəyə çevirib və orada silahla dayanıblar. Bilmirəm yuxarıdan necə göstəriş verilib, ancaq başqasının mədəniyyətinə və hislərinə, həmçinin insan həyatına hörmətsizliyi nəzərə alsaq, onlar asanlıqla sizi avtomatla vuracaqlar. Ona görə də ehtiyatlı olun”.

Burada öz erməni sahibləri kimi vəhşicəsinə Azərbaycan fobiyası ilə seçilən Lapşin birbaşa olaraq iddia edir ki, azərbaycanlılar atəş açacaqlar, çünki onların “özgə mədəniyyətlərə və hislərə hörməti” yoxdur.

Görünür, onun mənimsənilməsi mümkün olan hər şeyi mənimsəyən, mənimsənilməyən hər şeyi isə məhv edən sevimli erməni millətçiləri özgə mədəniyyət və hislərə çox “qətiyyətlə hörmət göstərir”.

Aydındır ki, hələ 2019-cu ilin aprelində erməni xüsusi xidmət orqanları öz casusu Lapşini təlimatlarla təchiz edib və David Qareci ilə bağlı hansı parametrlər ətrafında yazmalı olduğunu izah edib. Elə həmin vaxt onlar Azərbaycan tərəfinin iştirakı ilə atışma törətmək planlarını bölüşüblər.

Daha sonra nəzarətlərində olan mətbuat orqanları vasitəsilə bütün dünyaya “azərbaycanlıların monastrı ziyarətə gələn gürcü rahib və turistlərə atəş açdı”ğını yayacaqlar. 29 apreldə Lapşin məhz bu ssenarini əvvəlcədən “proqnozlaşdırmış” və yazmışdı.

Beləliklə, 14 iyul insidentindən 2.5 ay əvvəl Lapşini maliyyələşdirən və onu tapşırıq ardınca potensial qaynar nöqtəyə göndərən erməni xüsusi xidmət orqanları artıq təxribat ssenarisini hazırlamışdılar. 14 iyul 2019-cu ildə Keşikçidağdakı insident zamanı təxribatçılar arasında açıq-aşkar özlərini “gürcülərdən daha artıq gürcü” kimi qələmə verən erməni əsilli şəxslər və erməni casusları vardı”.

Tarix
2019.07.20 / 09:00
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Türkiyə və Rusiya üz-üzə: İdlibdə nə baş verir?

Azərbaycanı vurmaq üçün bunu edirlər – Deputat

Sabitliyin pozulması üçün alınan pullar... - Ekspert

Qarabağda qondarma seçkilər - Beynəlxalq təşkilata çağırış

Quşun Rəşadı ağır yaralamasına gülənlər... - Ekspert

Politoloq MiQ-29-la bağlı nümunə paylaşdı - Faktlar

Təyyarə quşla toqquşdu, ön şüşə parçalandı - Video

O, həqiqəti dedi, müxalifət isə təhqirə keçdi... - Deputat

Bakıya qarşı texnoloji müharibə aparılır – Millət vəkili

ABŞ Qafqaza girir: Kremlin cavabı... - Ekspert

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla