Yuxarı

Patruşev Putinin İrəvana hansı mesajını aparıb? - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Patruşevin İrəvana səfəri həm də Dağlıq Qarabağ məsələsi ilə bağlı rusiyalı rəsmilərin narahatlığını Ermənistan rəhbərliyinə çatdırmaq xarakteri daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Patruşevin İrəvan səfərini şərh edərkən deyib. O, səfərin gündəliyi ilə bağlı məsələlərə də toxunub:

“Patruşevin İrəvan səfəri əslində planlaşdırılan səfər idi. Ötən il Ermənistan Təhlükəsizlik Şurasının sədri Rusiyaya səfər etmişdi və tərəflər razılaşmışdılar ki, növbəti səfəri Patruşev Ermənistana edəcək. Təbii ki, belə görüşlər qapalı keçirilir və ictimaiyyətə çox cüzi informasiya verilir. Ehtimal etmək olar ki, regiondakı vəziyyət, ikitərəfli problemli məsələlər müzakirə edilib. Regionda əsas məsələ, əlbəttə, Azərbaycan-Ermənistan münaqişəsidir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son həftələr ərzində gərgin proseslər müşahidə olunur. Belə ki, erməni tərəfin birmənalı çıxışları Azərbaycanın reaksiyasına səbəb ola və qarşı tərəf üçün təhlükə yarana bilər. Rusiya isə bunu istəmir, çalışır ki, bu təhlükələr minimum səviyyədə olsun. Yəqin ki, bu məsələlər də müzakirə olunub”.

Politoloqun sözlərinə görə, müzakirələrdə Azərbaycan tərəfini qıcıqlandırmamaq üçün provokativ, təhlükəli çıxışların səslənməsinə yol verilməməsi ilə bağlı fikir mübadiləsinin aparıldığını ehtimal etmək mümkündür:

"Çünki Dağlıq Qarabağda yeni münaqişə yaransa, bu münaqişə alovlansa, digər maraqlı oyunçular, yəni Qərb bu regiona siyasi və hərbi maraq göstərə bilər. Bu da Rusiyanın xeyrinə deyil. Ona görə Rusiyanın əsas məqsədi münaqişənin alovlanmasına yol verməməkdir.

Oktyabrın əvvəllərində Avrasiya İqtisadi Forumunun zirvə toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri nəzərdə tutulub. Həmin səfər çərçivəsində çox güman ki, ikitərəfli münasibətlər müzakirə olunacaq”.

İ.Vəlizadə Patruşevin səfərinin həm də Putinin səfərinin gündəliyini müəyyənləşdirməyə hesablandığını söyləyib:

“Düşünürəm ki, görüşdən sonra erməni tərəfi müəyyən dərəcədə öz mövqelərinə nəzər yetirəcək. Əgər Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Ermənistan Rusiyanın maraqlarını nəzərə almasa, yaxın zamanlarda Putinin Ermənistana səfəri çərçivəsində bu məsələ daha qabarıq və sərt şəkildə qaldırıla bilər. Bu da Ermənistan siyasi rəhbərliyinin xeyrinə deyil”.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə tərəflər təhlükəsizlik, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması məsələlərini müzakirə ediblər.

Tarix
2019.08.15 / 09:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla