Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi
19:14
| Ana səhifə Gündəm |
|
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan verilib.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkəmizin bütün şəhər və rayonlarından ictimaiyyətin nümayəndələri mərasimdə iştirak ediblər.
Ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Dövlətimizin başçısı mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışıb.
Sonra ehsan süfrəsi açılıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edib.
|
Tarix
2013.12.12 / 15:49
|
Müəllif
Axar.az
|