Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 Fevral 2020


Deputatın oğlunu neçə il həbs gözləyir? – Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat İqbal Məmmədovun oğlu Nərimanlı Mirhəmid də daxil olmaqla 6 nəfər barəsində 309 və 315-ci maddələrlə qaldırılan cinayət işi üzrə saxlanılanların hər birini 10 ildən yuxarı cəza gözləyir.

Bu sözləri Axar.az-a hüquqşünas Səməd Vəkilov “Relaks” istirahət mərkəzini yoxlamağa gələn vergi əməkdaşlarına zor tətbiq edərək onları döyməkdə ittiham edilənləri gözləyən cəza ilə bağlı danışarkən deyib.

S.Vəkilov bildirib ki, açılan cinayət işinin üstünə vergidən yayınma cinayətləri də əlavə edilsə, istirahət mərkəzinin rəhbər şəxslərini daha ağır cəza gözləyir:

“Cinayət Məcəlləsinin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 315.2-ci maddəsinə əsasən isə məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin vergidən yayınma cinayətləri də üstünə əlavə edilsə, həmin şəxsləri daha ağır cəza gözləyir”.

S.Vəkilov bildirib ki, bu və bu kimi hadisələr cəmiyyət üçün SOS olmalıdır:

“Bəziləri özlərini qanundan üstün hesab edirlər. Vergi müfəttişləri dövlətin mundirini daşıyan məmurlardır. Onlara qarşı hörmətsizlik dövlətə qarşı hörmətsizlikdir. Bu hadisə cəzasız qalmamalıdır. Cəzasız qalarsa, çox pis nümunə ola bilər”.

Tarix
2019.08.20 / 15:11
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakını təşviş bürüyüb, qurumlar isə yatır...

Koronavirusa qarşı ölkəmizdə hansı tədbirlər görülür?

Ermənilər vəhşilikdə faşist qardaşlarını keçiblər - Mixaylov

Bakı və Ankara hava müdafiəsini birləşdirir – Hərbi müqavilə

Ataya jurnalist gödəkcəsini kim verib? – MŞ-dan cavab

Bu məktəblərdə psixoloji yardım həyata keçiriləcək - Rəsmi

Estoniya parlamentindən Xocalı bəyanatı

Payız-qış mövsümünə hazırlıqla bağlı Baş nazirdən qərar

BMT-də Xocalı günü: Qarabağ həqiqətlərindən danışıldı

Region təhlükədə: ABŞ İranı bu “silahla” vurur? - Video

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla