Yuxarı

Onlar hakimiyyəti söyərək pul qazanır - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamıya məlumdur ki, indiyə qədər dünyadakı heç bir inqilabın xalq tərəfindən reallaşması mümkün olmayıb və olmayacaq da. Ən yaxın tarixdən bizim yaxşı bildiyimiz Ukrayna, Qırğızıstan, Misir, Liviya və başqa ölkələrdə baş verən “xalq hərəkatları”, “demokratik dəyişikliklər”in arxasında ayrı-ayrı güc mərkəzlərinin olduğu faktlarla sübut olunub.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Azərbaycan da qlobal siyasi proseslərin bir oyunçusu olaraq bu hadisələrdən sığortalanmayıb:

“Buna görə də kifayət qədər ayıq olmaq və hadisələrə adekvat qiymət vermək lazımdır. Bu gün özlərini mühacir adlandıran bəzi Yutub qəhrəmanları böyük pullar arxasınca xaricə qaçaraq blogerlikdən kifayət qədər vəsait qazanırlar. Hamıya məlumdur ki, indi dünyada kibermüharibə, seçki proseslərinə müdaxilə gedir ki, hətta ABŞ kimi dövlətin milli təhlükəsizlik orqanlarının illik açıqlamalarında son zamanlar məhz bu mövzusunun ən aktual olduğu göstərilir. Bəli, tənqidlə diqqəti cəlb etmək asan məsələdir. İnsanlar tənqidi sevir. Lakin bu şəxslər xalqın gözündə qəhrəman deyillər, ola da bilməzlər. Çünki onların arxasında istər daxildəki, istər xaricdəki ayrı-ayrı güclərin olması aydınlıqla görünməkdədir”.

Politoloq qeyd edib ki, xaricdə və daxildə yaxşı şəbəkələşmiş bu qrupların əslində əsas məqsədi hakimiyyəti tənqid etməklə Qərb fondları, xüsusi xidmət orqanları və ayrı-ayrı havadarlarının dəstəyi ilə milyonlar qazanmaqdır:

“Hansı sadə Azərbaycan vətəndaşı xaricə gedərək asanlıqla maliyyə əldə edə bilər? Yalnız, siyasi hakimiyyəti tənqid etmək, dövlətini tənqid etmək amalında olan və bunu utanmadan edən şəxslər. Məgər bu gün dünyada Azərbaycandan daha pis vəziyyətdə yaşayan dövlət yoxdur? Amma bəlkə də yeganə “müxalif blogerlər” bizdədir ki, asanlıqla öz liderinə, xalqına qarşı xaricdə istədiyi sözü ağızlarına almağa utanmırlar. Çünki hər söyüşün öz qiyməti var. Kənardan baxarkən çox utanvericidir. Bu gün siyasətdən uzaqda duran, işi olmayan hansı azərbaycanlı Yutub kanalının təkcə reklamına ayda 5000-15000 arasında pul xərcləyə bilər? Təbii ki, onların arxasında maliyyə dəstəyi göstərən insanlar var. Onlar bu dəstəkçilər hesabına milyonlar qazanır və qazanmağa da davam edirlər. Lakin qazanmağa müyəssər olmadıqları bir şey var. Siyasi karyeralarının çoxdan bitdiyi bu qrupların hansı məqsədlə “vətənpərvər” libasına girərək xalqa teatr göstərdikləri ifşa olundu. Beləliklə, işləmədən, çalışmadan Avropanın müxtəlif ölkələrində lüks həyat yaşayan bu şəxslər aldıqları maliyyəyə görə tənqid etməlidirlər, edirlər də. Çünki bu, onların “işidir”. Bizim isə vəzifəmiz milli dövlətçiliyin inkişafına mane olan, dövləti xaos və anarxiyaya çevirmək istəyən istər ayrı-ayrı Qərb institutları, fondlarına qarşı, istərsə də saxta “vətənpərvər internet qəhrəmanları”na qarşı ayıq olmaqdır”.

Tarix
2019.08.21 / 08:00
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla