Yuxarı

Nikol bundan sonra Bakı ilə danışıqlara başlayacaq – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol bundan sonra Bakı ilə danışıqlara başlayacaq – Politoloq

Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində Miatsum İttifaqı Qarabağ klanı ilə mübarizə üçün yaradılıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Paşinyanın rəhbərliyi ilə Miatsum İttifaqının yaradılmasına münasibət bildirərkən deyib. O, ittifaqın yaranma məqsədlərindən danışıb:

“Yaradılmış bu qurum alyansdır. Ermənistanda Dağlıq Qarabağla bağlı 3 əsas təklif irəli sürülür. Millətçilər, radikallar bir sözlə sağçılar çalışırlar ki, ya “miatsum” adı ilə Qarabağı Ermənistana birdəfəlik birləşdirsinlər, ya onların ikisinin ittifaqını yaratsınlar, ya da ki, Qarabağ guya indi olduğu kimi müstəqil qalsın.

Bu alyansın yaradılması isə Paşinyanın gedişidir. Çünki onun həmin bu işğal olunmuş Azərbaycan torpaqlarındakı qondarma rejimi müqabilində mövqeləri çox zəifləyib. Ona görə də Paşinyan anlayır ki, Qarabağdan özünü etibarlı şəkildə sığortalaya bilməsə, onun hakimiyyəti üzərində həmişə “Domokl qılıncı” asılı olacaq. Çünki oradakı müxalifət, bilavasitə Paşinyan və onun blokuna müxaliflik edənlər silahlı quldurlardır. Həmin o quldurlar Azərbaycan ərazilərini işğal ediblər.

2014-cü ilin avqust ayında təmas xəttində gedən döyüşlərdə Azərbaycan ordusu onları yerinə otuzdurdu. Nəhayət 2016-cı ilin aprelində 4 günlük müharibə zamanı onlar anladılar ki, Azərbaycana meydan oxumaq birdəfəlik sona çatıb.

İrəvanın mənfur qüvvələri ilə Dağlıq Qarabağda separatçı rejimi yaradanlar elə bir şərait formalaşdırdılar ki, özlərinin yaratdığı həmin rejim İrəvanı hədələyir. Ona görə də bu alyansın yaranmasının bizim maraqlarımıza elə də ciddi təsiri yoxdur. Onlar daxildə özləri bir-birləri ilə didişirlər. Paşinyan istəyir ki, Qarabağda öz adamını oturtsun. Qarabağı “azad etmiş” keçmiş quldurlar isə çalışırlar ki, özlərinin “müstəqillik”lərini qoruyub saxlasınlar. Ona görə də bu məsələdə ermənilər nə qədər bir-birlərini çökdürsələr, ümumi nəticə Qafqaz bölgəsi üçün yaxşı olacaq”.

T.Abbasov Paşinyanın Qarabağla bağlı əsas planlarından da danışıb:

“Paşinyan nə qədər ki, Qarabağ bölgəsindəki ünsürləri ram etməyib, onları tərksilah edə bilməyib, öz planını həyata keçirməyə cürət etmir. Çünki onlar istənilən vaxt qiyam qaldıra bilər. Buna görə də Paşinyan insanlara xoş gəlsin deyə onlara təlqin edir ki, mən sizin hərəkatınızı dəstəkləyirəm. O çalışır ki, sadəlövh insanları özündən küsdürməsin. Onun başqa variantı qalmayıb. Paşinyan indi çalışır ki, Qarabağ klanını tərksilah etsin, seçkilərdə öz adamlarını ora yerləşdirsin. Çünki inqilabının guya oraya da sirayət etdiyini göstərmək istəyir. Bundan sonra Paşinyanın fikri ondan ibarət olacaq ki, Azərbaycanla danışıqlara qatılsın və Azərbaycanın tərkibində Qarabağ erməniləri nisbi müstəqillik əldə etsinlər”.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində Miatsum İttifaqı təşkilatı yaradılıb. Təşkilatın qondarma rejimdəki proseslərdə aktiv iştirak edəcəyi vurğulanıb. Təşkilatın həmçinin separatçı rejimdə keçiriləcək "prezident və parlament seçkilərində" iştirak edəcəyi qeyd edilib.

Tarix
2019.08.24 / 08:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

IV Şuşa Qlobal Media Forumu ilə bağlı - Videoçarx

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

İranda Azərbaycana qarşı “qaçqın dəstəsi” yaradılır

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... - Prezident

O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb

Tovuz döyüşləri bir daha sübut etdi ki... - Deputat

Belə avtomobillə heç yerə getmərəm - Prezident

Tələbə vaxtı diplom işimin mövzusu bu idi - Prezident

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla